Icma.az
close
up
RU
Məşhur şirkət Trampla mübarizəyə qoşulur?

Məşhur şirkət Trampla mübarizəyə qoşulur?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Microsoft” səhmdarlarla bağlı məhkəmə işində onu təmsil edən hüquq firmasını dəyişib. 

"Cebheinfo.az" xəbər verir ki, şirkət vaxtilə Tramp administrasiyası ilə razılığa gəlmiş "Simpson Thacher" firmasını kənarlaşdıraraq, onun yerinə hazırda Ağ Evə qarşı məhkəmə mübarizəsi aparan "Jenner & Block" -u işə götürüb. Məhkəmə sənədlərində bu dəyişikliklə bağlı konkret səbəb göstərilməyib. 

"Microsoft" bildirib ki, "Simpson Thacher" hələ də şirkətin digər hüquqi məsələlərində fəaliyyətini davam etdirir. Şirkətlərin hüquq firmalarını dəyişməsi adi haldır, bu, həm xərclərə qənaət, həm də vəkil-müştəri münasibətlərindəki maraq toqquşmaları ilə bağlı ola bilər. 

Qeyd edək ki, "Jenner & Block" və daha üç hüquq firması vaxtilə Tramp administrasiyasını məhkəməyə verib. Səbəb isə Trampın verdiyi sərəncamlar olub. Həmin sərəncamlar bu hüquq firmalarının dövlət sirrinə çıxışını, dövlət binalarına girişini məhdudlaşdırıb və müştərilərinin bağladığı dövlət müqavilələrini ləğvinə cəhd edib. 

Bu firmalar həmin sərəncamları siyasi təzyiq və qisas aləti kimi qiymətləndirib. Tramp isə bu hüquq firmalarını hüquq sistemini özünə qarşı “silaha çevirməkdə” günahlandırıb." 

Simpson Thacher" həmin hüquq firmalarından biri olub və Trampın təzyiqlərindən sonra Ağ Evə 1 milyard dollara yaxın pulsuz hüquqi yardım göstərməyi öhdəsinə götürən doqquz firmadan biri kimi qeyd edilib. "Jenner & Block" firmasının Tramp administrasiyasına qarşı iddiasında deyilir ki, onun sərəncamları konstitusiyaya ziddir və əsas məqsədi müştəriləri qorxutmaqdır. 

Bəyanatda bildirilir ki, bu, vaxtilə Trampın Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokurorla işləyən hüquqşünasa görə verilmiş bir cəza addımıdır. ABŞ-nin bir çox böyük şirkətlərinin hazırkı və sabiq hüquq rəhbərləri 11 aprel tarixli məhkəmə prosesində "Jenner & Block" və digər firmaları açıq şəkildə dəstəkləyiblər. Onlar bildiriblər ki, Trampın sərəncamları şirkətləri hüquq firması seçərkən onların peşəkarlığına deyil, prezidentin qəzəbindən yayınmaq meyarına görə qərar verməyə məcbur edir. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 May 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri