Məşhur tarixçi Tamara Eydelman barəsində həbs qərarı çıxarıldı Rusiyada “xarici agent” elan edilib
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Moskva məhkəməsi tanınmış rus tarixçisi və maarifçisi Tamara Eydelman barəsində qiyabi həbs qərarı çıxarıb. Şəhər prokurorluğunun məlumatına görə, ona “nasizmin reabilitasiyası” və “ordu haqqında yalan məlumatların yayılması” ilə bağlı iki epizod üzrə ittiham irəli sürülüb.
İttiham tərəfinin versiyasına əsasən, 2024-cü ilin may ayında Eydelman öz müəllif proqramında “İkinci Dünya müharibəsi dövründə SSRİ-nin fəaliyyətinə dair neqativ fikirlər” səsləndirib.
Prokurorluq əlavə edib ki, 2024-cü ilin iyulunda tarixçi “etibarlı məlumat kimi təqdim olunan, lakin bilərəkdən yalan olan məlumatları” Rusiya ordusu haqqında ictimai şəkildə yayıb.
Tamara Eydelman Rusiyanın əməkdar müəllimidir, uzun illər Moskvadakı məktəblərdə tarix fənnini tədris edib. O, həmçinin 1,8 milyon abunəçisi olan tarixi YouTube kanalının müəllifidir.
Rusiya hakimiyyəti Eydelmanı 2022-ci ildə “xarici agent” kimi tanıyıb. O, hazırda Rusiyada yaşamır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 01 Noyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















