Məşhur telekanal Gəncə Qəbələ qatar marşrutu ilə bağlı yazı dərc etdi
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Məşhur "Euronews" telekanalı yeni Gəncə-Qəbələ-Gəncə qatar marşrutu ilə bağlı yazı hazırlayıb.
Demokrat.az həmin yazını təqdim edir:
"Azərbaycan ikinci ən böyük şəhəri olan Gəncəni xizək turizmi və möhtəşəm təbiəti ilə tanınan Qəbələ ilə birləşdirən yeni dəmir yolu marşrutunu istifadəyə verib. Bu marşrut paytaxtdan kənarda fəaliyyət göstərən cəmi ikinci regional qatar xidmətidir.
Dövlətə məxsus milli dəmir yolu operatoru “Azərbaycan Dəmir Yolları” (ADY) Gəncə ilə dağ kurort şəhəri Qəbələni birləşdirən yeni sərnişin qatarı xidmətini istifadəyə verib. Yeni xətt Azərbaycanın əsas turizm istiqamətlərindən birinə çıxışı xeyli asanlaşdıracaq.
Qatarlar 12 yanvar 2026-cı il tarixindən etibarən fəaliyyətə başlayıb. Marşrutun açılması Azərbaycanın dayanıqlı nəqliyyatı və regional turizmi təşviq etmək səylərinin bir hissəsidir. Qatar xətti istifadəyə verilməzdən əvvəl sərnişinlər əsasən avtobuslardan və şəxsi avtomobillərdən istifadə edirdilər.
Yeni Gəncə–Qəbələ qatar marşrutu haqqında vacib məlumatlar
ADY “Euronews Travel”ə bildirib ki, marşrut üzrə tanınmış İsveçrə istehsalçısı olan “Stadler” qatarları işləyəcək. Qatarlar təxminən 139 kilometr məsafəni qət edir və səfər müddəti hər istiqamətdə təqribən 1 saat 50 dəqiqə təşkil edir.
Bu, həm yerli sakinlər, həm də turistlər üçün səyahəti daha rahat edəcək.
Qatar dörd sinfə bölünür: Standart, Standart+, Biznes və Birinci sinif. Əsas gediş haqqı 4,80 manat (təxminən 2,45 avro) təşkil edir.
Sərnişinlər Goran, Yevlax, Ləki və Ağdaş stansiyalarında minə və ya düşə bilərlər. Xidmət həmçinin Ləki stansiyasında keçidlə Bakı–Qəbələ istiqamətində də əlçatanlıq yaradır və hər iki istiqamətdə gündəlik səfərlərə imkan verir.
Paytaxtdan yola düşənlər üçün Bakı–Qazax qatarı onları yerli vaxtla saat 10:50-də Ləki stansiyasına çatdırır. Buradan isə sərnişinlər saat 11:12-də yeni Gəncə–Qəbələ qatarı ilə səfərlərini davam etdirə bilərlər.
Geri dönüş zamanı sərnişinlər saat 18:45-də Qəbələdən Ləkiyə çatan yeni Qəbələ–Gəncə qatarına minə, daha sonra isə saat 19:02-də Ləki–Bakı istiqamətində hərəkət edən Qazax–Bakı qatarına keçə bilərlər.
Niyə Qəbələ və Gəncəni ziyarət etməlisiniz?
Qəbələ xizək kurortları, təbiət turizmi və beynəlxalq mədəni tədbirləri ilə tanınır. Buraya dünyanın müxtəlif ölkələrindən musiqiçiləri və qonaqları cəlb edən Qəbələ Beynəlxalq Musiqi Festivalı da daxildir.
Şəhər meşələr, göllər və şəlalələrlə əhatə olunub və ilboyu xizək sürmə, kanat yolları və dağ fəaliyyətləri təklif edir.
Bu arada Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə dahi şair Nizami Gəncəvinin doğulduğu şəhər kimi məşhurdur. Onun irsi şəhərdəki muzeylərdə, abidələrdə və mədəni məkanlarda, xüsusilə də Nizami məqbərəsində qorunub saxlanılır".
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Gəncə Qəbələ Gəncə dəmir yolu marşrutu üzrə səfərlərə başlanılır
05 Yanvar 2026 14:36
Gəncə Qəbələ Gəncə marşrutu üzrə qatarların hərəkət qrafiki müəyyən edilib
07 Yanvar 2026 19:37
ADY Gəncə Qəbələ Gəncə marşrutu üzrə gündəlik sərnişindaşıma xidmətinə başlayıb
12 Yanvar 2026 14:08
Gəncə Qəbələ Gəncə qatarı istifadəyə verilir
05 Yanvar 2026 11:28
Gəncə Qəbələ Gəncə qatarı istifadəyə verildi
12 Yanvar 2026 13:39
Baxış sayı:105
Bu xəbər 22 Yanvar 2026 11:25 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları