Məşhur televiziya şərhçisi səssiz sədasız evləndi: Yoldaşı 20 yaş kiçikdir
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Məşhur televiziya şərhçisi Rasim Ozan Kütahyalı ikinci dəfə ailə həyatı qurub. O, özündən 20 yaş kiçik olan pilates məşqçisi Pınar Ayaz ilə ailə qurduğunu sosial şəbəkə hesabında paylaşdığı nikah fotoları ilə elan edib
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Kütahyalı nikahdan sonra verdiyi açıqlamada deyib: “Ailə arasında sadə bir nikah idi”.
O, həmçinin diqqətçəkən bir açıqlama da verib: “Mənim evləndiyim gün Ali Koç dövrü bitdi”.
Pınar Ayazdan emosional paylaşım
Pınar Ayaz sosial şəbəkədə nikah fotolarını “Sən mənim hər şeyimsən. Həyatımın ən mənalı günü” qeydi ilə izləyiciləri ilə bölüşüb.

Mərasimə yaxın dostlar qatılıb
Sadə keçən mərasimdə yalnız cütlüyün yaxın dostları iştirak edib.
Rasim Ozan Kütahyalı 2023-cü ildə jurnalist Nagehan Alçı ilə 13 illik evliliyini bitirmişdi. Cütlüyün bu nikahdan iki övladı var. Boşanma prosesi və 40 milyon lirəlik təzminat mətbuatda uzun müddət müzakirə mövzusu olmuşdu.

Qeyd edək ki, şərhçinin ikinci həyat yoldaşı Pınar Ayaz idman dünyasında tanınan pilates məşqçisidir. Hazırda bir idman mərkəzində çalışır və sağlam həyat tərzini sosial media paylaşımlarında da nümayiş etdirir.



