Icma.az
close
up
RU
Menu

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

Paşinyan Tokayevi məlumatlandırıldı

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

Bu gündən ixtisas seçiminə start verilir

Öldürüb, meytini də hissələrə bölmüşdü Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATI VİDEO

A new mechanism of resistance to treatment found in cancer cells## Translation note: I ve provided a direct translation of the Russian title into English, maintaining the original meaning and structure.

Dövlət Proqramı ilə xaricdə təhsildə ilk! Fotolar

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

Vens: Tramp Çinə qarşı rüsumlarla bağlı hələ qərar verməyib

Məşhur “tiktoker” “şir”lərə görə 90 min manat cərimələnib ŞOK DETALLAR

Məşhur “tiktoker” “şir”lərə görə 90 min manat cərimələnib ŞOK DETALLAR

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər blogerlər yenidən yüksək reklam qiymətləri ilə gündəmə gəliblər. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, məşhur blogerlərin sosial media hesabında reklam qiymətləri paylaşım yerindən asılı olaraq 1 000–5 000 manat arasında dəyişir. Ekspertlər qeyd edirlər ki, Azərbaycanda sosial media reklam bazarının 10 milyon manata yaxın hissəsini ələ keçirib. Bununla belə, Azərbaycanda bloger və influenserlərin illik gəlirlərinin bundan dəfələrlə çox olduğu bildirilir.

Qanun dəyişdi: blogerlər artıq rəqəmsal platforma təsirçisi kimi tanınır

Bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Reklam haqqında” Qanuna edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliyə əsasən, artıq influenserlər və ya blogerlər də qanunun təsir dairəsinə daxil edilib. Qanunda bloger, influenser və bu istiqamətdə bütün fəaliyyətlər “rəqəmsal platforma təsirçisi” adlandırılıb. Dəyişikliyə görə, hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir. Eyni zamanda influenserə və ya blogerə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərərək reklam etmək qadağan olunur. Qanunu pozanlar üçün cərimələr nəzərdə tutulub. Rəqəmsal platforma təsirçisi tərəfindən “Reklam haqqında” qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslər 750 manatdan 1 250 manatadək, hüquqi şəxslər isə 2 500 manatdan 4 000 manatadək məbləğdə cərimə edilir. Artıq istehlakçı hüququnu pozan blogerlərlə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciətlər daxil olmağa başlayıb. Agentlikdən bildirilib ki, qanun pozuntusu faktlarla təsdiq edilərsə, bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət olunur və inzibati tədbirlər görülür, o cümlədən cərimə tətbiq edilir.

Vergi qaydaları hamı üçün eynidir

Maraqlıdır ki, məsələnin vergi tərəfi ilə bağlı hələlik qeyri-müəyyənlik hökm sürür. Ekspertlər qeyd edirlər ki, vergiyə cəlb edilmədə hər hansı fərqli yanaşma tətbiq edilmir, digər peşə sahibləri kimi blogerlərə də gəlir vergisi hesablanır. Vergi eksperti Vəli Əliyev bildirir ki, sosial şəbəkə üzərindən reklam məlumatları təqdim edən istənilən şəxs reklam xidməti göstərmiş olur. Bu zaman fiziki şəxsdirsə, illik 45 min manata qədər gəlir əldə edirsə, vergiyə cəlb edilən gəlirin 75 faizindən vergi tutulmur və güzəşt tətbiq edilir. Əgər gəlir 45 min manatdan çox, 200 min manatdan az olarsa, 75 faiz güzəşt tətbiq edilmədən gəlir vergisinə cəlb edilir. Gəliri 200 min manatdan çox olan rəqəmsal məzmun tərtibatçısı isə ƏDV qeydiyyatına alınır, gəlirlərindən ƏDV hesablanır və gəlir vergisi ödənilir. Ekspert əlavə edib ki, Vergi Məcəlləsində peşə üzrə vergitutmanın müəyyən edilməsi məsələsi minimaldır. Yəni, bloger və influenserin hansısa müəyyən həcmdə vergi ödəməlidir deyə konkret qeyd yoxdur. Vergi Məcəlləsinə əsasən, gəlir əldə edən, amma onu bəyan etməyən bloger və ümumilikdə vergi ödəyicilərinin ilk növbədə mənfəətin 20 faizi həcmində vergi öhdəliyi yaranır. Bundan əlavə, cərimə və vergi ödənişinin gecikdirilməsinə görə əlavə faizlər tətbiq edilir.

Bütün blogerləri vergiyə cəlb etmək mümkündürmü?

Hazırda açıq qalan suallardan biri bloger və influenserlərin hamısının vergiyə cəlb olunub-olunmamasıdır. Ekspertlər bunun fiziki və texniki baxımdan mümkün, amma prosesin çətin olduğunu deyirlər. Vergi sahəsi üzrə ekspert Mehdi Babayev bildirib ki, bloger və influenserlərin vergidən yayınma hallarının aşkar edilməsində vergi orqanları müəyyən çətinliklərlə üzləşir. Onların müxtəlif sosial şəbəkə platformalarında fərqli formada fəaliyyət göstərməsi səbəbindən bu fəaliyyətin mahiyyəti, forması və hansı normativ-hüquqi aktların tələblərinə tabe olduğu əvvəlcə tam aydın deyildi: “Bəzi hallarda Dövlət Vergi Xidməti onların fəaliyyətini aşkar etməkdə texniki və təşkilati maneələrlə qarşılaşır. Bu proses vaxt və çoxsaylı əməkdaşın iştirakı tələb edir. Eyni zamanda, reklam fəaliyyəti nəticəsində vergiyə cəlb olunmalı əməliyyatların dəqiq müəyyənləşdirilməsi mərhələsində də qeyri-müəyyənliklər yarana bilirdi”.

Ekspert qeyd edib ki, qanunvericiliyə edilmiş son dəyişikliklər bu sahədəki bir çox suallara aydınlıq gətirib. Artıq blogerlərin fəaliyyəti reklam fəaliyyəti çərçivəsində qiymətləndirilir, onların vergiyə cəlb olunma qaydaları, vergi hesablamaları və reklamla bağlı tələb olunan sənədləşmə prosedurları dəqiqləşib.

Mehdi Babayev vurğulayıb ki, blogerlərin fəaliyyətinin aşkar edilməsi hələ də həm fiziki, həm də texniki baxımdan vaxt və zəhmət tələb edir. Bu səbəbdən vergi mədəniyyətinin artırılması üçün maarifləndirmə və təbliğat işlərinə ehtiyac var. Onun sözlərinə görə, blogerlər əsasən fərdi qaydada araşdırılır və vergiyə cəlb edilir, bəzi hallarda bu proses gecikmiş formada həyata keçirilir. Fakt müəyyənləşdirildikdə isə, vergidən yayınan şəxslər əvvəlki dövrlərdəki yayınmalara görə də sanksiya və cərimələrlə üzləşə bilərlər.

Vergidən yayınma hallarının qarşısını almaq üçün nəzarət mexanizmləri olmalıdır

Bəzi ekspertlər bildirirlər ki, bu, qismən yeni sahə hesab edilir və gəlirləri sübut etmək çətindir. Bununla bağlı hansısa şəkildə nəzarət mexanizmi qurulmalıdır. “Azərbaycanda adicə mənzil kirayəsini vergiyə cəlb etmək çətin məsələdir. Buna oxşar məsələ isə müğənnilərin vergiyə cəlb edilməsi idi. Amma sonradan səsləndirilən rəqəmlərin reallığı əks etdirmədiyi ortaya çıxdı” – deyə vurğulanır.

Vergi eksperti Vəli Əliyev isə bu məsələyə fərqli yanaşır. O hesab edir ki, bank hesablarına köçürmələr üzərindən aidiyyəti dövlət orqanı şəxsin gəlir və xərclərini müəyyən edə bilər. Bu, o cümlədən bloger və influenserlərə də aiddir. Hətta “ƏDV geri al” layihəsi ilə vətəndaşın nəyə və nə qədər xərclədiyini, ümumilikdə xərclərini və bu vasitə ilə də gəlirlərini müəyyən etmək mümkündür. Bunun üçün müxtəlif üsullar istifadə oluna bilər.

İqtisadçı ekspert Əkrəm Həsənov isə bildirir ki, bunun üçün vergi qanunvericiliyində hər hansı dəyişikliyə ehtiyac yoxdur. Hər kəs gəlirini bəyan etməli və gəlir vergisi ödəməlidir. Sadəcə harada ki, vergi orqanı buna nəzarət edə bilmir – təkcə blogerlər deyil, digər sahələrdə də, məsələn müğənnilər – onlar da vergi ödəmir. Harada ki, ödənişlə bağlı fakt əldə edilirsə, orada ödəniş edilir. O qeyd edib ki, xaricdə də eyni vəziyyətdir. Buna adi qaydada nəzarət etmək mümkün deyil, amma nəzarət mexanizmləri var. Bunlardan ən əsası ümumi tətbiq edilən gəlir və xərc bəyannaməsidir. Belə bir mexanizm tətbiq edilsəydi, vergi orqanı üçün belə vergi ödəyicilərini müəyyən etmək daha rahat olardı.

DVX: Elektron platformalara nəzarət mexanizmləri tətbiq edilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən isə məsələyə müəyyən qədər aydınlıq gətirilib. Qurum influenserlərin ayrıca vergi ödəyicisi kateqoriyası kimi tanınmadığını, gəlir əldə edən fiziki şəxslər və ya fərdi sahibkarlar kimi vergi ödəyicisi hesab olunduqlarını bildirib. Qeyd edilib ki, “Reklam haqqında” qanunvericiliyə edilən son dəyişikliklərdə “rəqəmsal platforma təsirçisi” anlayışı gündəmə gəlib ki, bu da blogerlik və influenserlik fəaliyyətini əks etdirir. Bu fəaliyyət növü ilə məşğul olanlar hər hansı bir məhsulu və ya xidmət sahəsini reklam edirlərsə, bu reklamdan əldə etdikləri gəlirlər üzrə gəlir vergisi öhdəliyi daşıyırlar. Məhsulun reklam və ya tövsiyə xarakterli olması bloger və influenserin bu fəaliyyət üzrə davamiyyətinə görə təhlil edilə bilər.

Vurğulanıb ki, sosial media üzərindən gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli, fəaliyyəti təsdiqedici sənədlər əsasında rəsmiləşdirməli və əldə olunan gəlirlər üzrə vergi orqanına bəyannamə təqdim etməlidirlər.

Vergidən yayınan blogerlərə 50% maliyyə sanksiyası tətbiq ediləcək

Dövlət Vergi Xidməti xüsusilə qeyd edib ki, elektron platformalarla bağlı fəaliyyətlər vergi nəzarətinin əhatə dairəsinə daxildir və bu sahədə müvafiq nəzarət mexanizmləri tətbiq edilir: “Vergi Məcəlləsinə əsasən, hesabatda göstərilən vergi məbləği hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılırsa, vergi ödəyicisinə, həmin Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, azaldılmış və ya yayındırılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur”.

Məşhur “tiktoker” “şir”lərə görə 90 min manat cərimələnib

Bununla belə, Xidmət indiyə qədər vergidən yayınan və cərimə edilən bloger və influenserlərin olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirməyib.

Məlumata görə, bir müddət əvvəl “TikTok”da məhşur blogerlərdən birinə 80–90 min manat məbləğində cərimə hesablanıb. Məlum olub ki, sözügedən bloger “TikTok” səhifəsində “şir”ləri daha ucuz qiymətə satmaqla gəlirlərini vergidən yayındırmağa çalışıb. Vergi orqanı isə bunu müəyyən edib və şəxsə qarşı cinayət işi açılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Avqust 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see174

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

11 Avqust 2025 08:02see160

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

11 Avqust 2025 04:51see154

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see132

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see129

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see128

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

11 Avqust 2025 07:50see127

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

11 Avqust 2025 04:42see125

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

11 Avqust 2025 21:26see123

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see122

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

12 Avqust 2025 01:01see121

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

11 Avqust 2025 22:49see120

Paşinyan Tokayevi məlumatlandırıldı

11 Avqust 2025 19:04see119

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

11 Avqust 2025 22:44see119

Bu gündən ixtisas seçiminə start verilir

11 Avqust 2025 08:49see119

Öldürüb, meytini də hissələrə bölmüşdü Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATI VİDEO

11 Avqust 2025 18:32see117

A new mechanism of resistance to treatment found in cancer cells## Translation note: I ve provided a direct translation of the Russian title into English, maintaining the original meaning and structure.

11 Avqust 2025 06:42see117

Dövlət Proqramı ilə xaricdə təhsildə ilk! Fotolar

11 Avqust 2025 16:43see117

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

12 Avqust 2025 01:17see117

Vens: Tramp Çinə qarşı rüsumlarla bağlı hələ qərar verməyib

11 Avqust 2025 03:47see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri