Icma.az
close
up
RU
Məşhur türkiyəli aparıcıya 4 illik həbs, 5 milyonluq təzminat... FOTO

Məşhur türkiyəli aparıcıya 4 illik həbs, 5 milyonluq təzminat... FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

"Canlı maniken" kimi tanınan türkiyəli məşhur aparıcı Vahe Kılıçarslanın yol verdiyi qəza nəticəsində ağır yaralanan və uzun bir müalicə dövrü keçirdikdən sonra 67% əlil olan Olcay Emine Yıldırım onun barəsində 4.5 il həbs cəzası ilə bağlı iddia qaldırıb.

Milli.Az Haberler-ə istinadən  bildirir ki, qəza nəticəsində uşağına belə sarıla bilmədiyini iddia edən Yıldırım həmçinin 5 milyon lirəlik təzminat iddiası da açıb.

Afyonkarahisarda 15 iyul 2023 tarixində "canlı maniken" kimi tanınan keçmiş maniken və teleaparıcı Vahe Kılıçarslan idarə etdiyi avtomobil ilə Olcay Emine Yıldırımın qohumu Dursun Yıldırımın sürdüyü maşın toqquşublar. Dursun Yıldırımın sürüdüyü avtomobil toqquşmanın təsiri ilə tərsinə çevrilib. Bu zaman avtomobildə olan Dursun Yıldırım həyat yoldaşı Seher Yıldırım, gəlin Olcay Emine Yıldırım və 8 yaşlı nəvəsi də olub.

Dursun Yıldırım və həyat yoldaşı Seher Yıldırım qəzanı daha az xəsarətlə atladıblar. Lakin ən ağır yaralanan şəxs gəlin Olcay Emine Yıldırım olub. O, 8 yaşlı oğlunun zərər görməməsi üçün üzərinə tullanaraq kürek sümüyünü qırıb. Vahe Kılıçarslan qəzanın ardından hadisə yerindən qaçıb, Yıldırım ailəsinə ətrafdakı insanlar  kömək edib. Hadisə yerinə gələn təcili yardımla Afyon Dövlət Xəstəxanasına aparılan Olcay Emine Yıldırım, vəziyyəti çox ağır olduğu üçün Eskişehir Universiteti Xəstəxanasına göndərilib. Təcili əməliyyata alınan Yıldırım 6 gün intensiv terapiyada qalıb. Pelvis bölgəsində və bel sümüklərində ağır qırıq olan Yıldırımın bədəninə platin yerləşdirilib. Qəzanın ardından iflic olduğu üçün sol ayağı digər ayağından qısa qalan Yıldırıma 67% əlil dərəcəsi verilib.

İstintaq çərçivəsində ifadə verən Vahe Kılıçarslan ittihamları qəbul etməyərək hadisədə heç bir nöqsanı olmadığını bildirib. İstintaq nəticəsində Vahe Kılıçarslan haqqında "təqsirsiz olaraq bir neçə nəfərin xəsarət almasına səbəb olma" və "sümük sındıracaq şəkildə təqsirsiz yaralama" suçlarından 4.5 il həbs cəzası istənilib. 

İddianamədə Vahe Kılıçarslanın əsas günahkar olduğu və bir neçə şəxsi yaraladığı üçün cəzalandırılması tələb olunub. Aparıcının məhkum edilməsi halında üç aydan az, üç ildən çox olmamaq şərti ilə sənətini icra etməsinin qadağan olunması və ya sürücülük vəsiqəsinin geri alınması ilə bağlı qərar verilməsi də vurğulanıb.

"Hürriyet" qəzetində yer alan xəbərə görə, məhkəmə işi davam edərkən, qəzanın ən ağır zərərçəkəni olan Olcay Emine Yıldırım, Vahe Kılıçarslan haqqında 5 milyonluq təzminat davası açıb.

İstanbul Adliye Məhkəməsində vəkili Handan Bakbak vasitəsilə açılan iddia ərizəsində ümumilikdə belə qeyd olunub: "Qəza nəticəsində ağciyərləri ciddi zədələnmiş müvəkkilim artıq ağır astma xəstəsidir. Bədəninə platin yerləşdirilən və sol ayağında qasılma olan müvəkkilim dərziyə şalvarlarını verərken birini digərindən daha qısa kəsmək məcburiyyətində qalır. Evində bir pərdə belə asa bilməyən müvəkkilim ciddi xəsarətlərlə yanaşı, həyat yoldaşı və qadın olaraq ailə həyatı və şəxsi həyatında problemlər yaşamaqdadır. Bel və pelvis sümüyündə qırıq səbəbi ilə çox istəməsinə baxmayaraq, bundan sonra övladı olmayacaq".

Açıqlama verən Olcay Emine Yıldırım isə "Həyatımın qalanında ağır bir çanta belə daşıya bilməyəcəyəm. Yalnız ayaq üstə gündəlik ehtiyaclarımı yerinə yetirirəm. Ailəm olmadan öz baxımımı edə bilmirəm. Ayaqqabımı belə bağlaya bilmirəm. İkinci uşaq arzumu həyata keçirmək istəyirdim. Lakin artıq bu arzumu belimdəki zədələr səbəbi ilə unutmalı oldum. Peşəmi icra edə bilmirəm, uşağımla oynaya bilmirəm. Düşünün, övladıma artıq sarıla bilmirəm. Hələ də sağalmadım. Həyatımın ən gözəl dövrü Vahe Kılıçarslan üzündən məhv oldu" dedi".

Musa 
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Dekabr 2024 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see191

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see145

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see120

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri