Məşhur ulduz Türkiyəyə gəlir: Cennifer Lopes İstanbul və Antalyada konsert verəcək
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Məşhur amerikalı aktrisa və müğənni Cennifer Lopes Türkiyədə musiqi həvəskarları ilə görüşməyə hazırlaşır. Ulduz İstanbul və Antalyada səhnəyə çıxacaq.
Oxu.Az-ın "Haber Global"a istinadla xəbərinə görə, səfər "JLO Live In 2025" adlı dünya turnesi çərçivəsində planlaşdırılıb.
Dünya şöhrətli estrada ulduzunun turnesi iyulun 1-də Antalyada hotellərin birində verəcəyi konsertlə başlayacaq, ardınca, iyulun 4-də İstanbulda "Yenikapı Festivalpark"da səhnəyə çıxacaq. Konsertlərdə onun ən məşhur mahnıları "On The Floor", "Ain't Your Mama", "Let's Get Loud" kimi hitləri səslənəcək.
Məşhur müğənni, Türkiyə konsertlərinin ardınca Avropada da səhnəyə çıxacaq - iyulun 13-də Madriddə, iyulun 16-da Bilbaoda və iyulun 20-də Budapeştdə konsert verəcək.
Qeyd edək ki, 53 yaşlı Lopes karyerası ərzində 80 milyondan çox albom sataraq, ən çox albom satan latın amerikalı qadın ifaçı rekordunu qırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 10 Aprel 2025 02:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















