Icma.az
close
up
RU
Məşhur uşaq əmzikləri markalarında təhlükəli kimyəvi maddə aşkar edilib

Məşhur uşaq əmzikləri markalarında təhlükəli kimyəvi maddə aşkar edilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 1 noyabr, AZƏRTAC

Laboratoriya testləri üç əsas Avropa brendi – “Philips Avent”, “Curaprox” və “Sophie la Girafe”nin istehsalı olan uşaq əmziklərində reproduktiv funksiyasının pozulması, piylənmə və xərçənglə əlaqəli sintetik maddə olan bisfenol A (BPA) izlərini aşkar edib.

AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, “dTest” Çexiya istehlakçı təşkilatı Çexiya, Sloveniya və Macarıstandan olan 21 nümunəni araşdıraraq testlər aparıb. Uşağın əmzikdən istifadəsini simulyasiya etmək üçün hər bir məhsul bədən temperaturunda süni tüpürcək məhluluna salınıb və sonra kimyəvi maddələr emissiyalarını təhlil ediblər.

Nəticələr həyəcan verici olub. Hamısının “BPA-sız” etiketlənməsinə baxmayaraq, dörd modeldə BPA aşkar edilib.

Ən yüksək səviyyə (19 μg/kq) “Curaprox Baby Grow With Love”da aşkar edilib - Aİ limitindən (10 μg/kq) demək olar ki, iki dəfə çoxdur. “Sophie la Girafe” əmziyində qatılıq 3 mkq/kq təşkil edib. “Philips Avent Ultra Air”də isə 2 mkq/kq. Temu bazarından alınan daha bir nümunədə də BPA aşkarlandı.

Bisfenol A estrogen qadın hormonunu imitasiya edən bir maddədir. O, endokrin sisteminin işinə müdaxilə edir və döş və prostat xərçəngindən tutmuş diabet, piylənmə və cinsi inkişaf pozuntularına qədər geniş nəticələr spektrinə səbəb ola bilər.

“Hətta BPA mikrodozaları belə uşağın inkişaf edən orqanizminə təsir göstərə bilər. Bu, ən təhlükəli çirkləndirici kateqoriyalarından biri olan orqanizmin endokrin sisteminin fəaliyyətini poza bilən maddələrdir”, - deyə “Chem Trust” təşkilatın eksperti Xloya Topping vurğulayır.

İstehsalçılar fərqli reaksiya verdilər.

“Curaden” şirkəti (“Curaprox” brendi) problemi etiraf edib və müştərilərə geri ödəmə təklif edərək məhsulu müvəqqəti olaraq satışdan geri çağırıb.

“Philips” bildirib ki, DEKRA laboratoriyasında müstəqil yoxlama aparıb, BPA-nın olmadığını təsdiq edilib və məhsullarının tam təhlükəsiz olduğunda israr edir.

“Sophie la Girafe” istehsalçısı “Vulli” bildirib ki, əmziklər artıq məhsul xəttinin bir hissəsi deyil, aşkar edilmiş konsentrasiyalar isə təhlükə yaratmaq üçün çox aşağıdır.

Buna baxmayaraq ekspertlər xatırladırlar: hormonal balansı pozan maddələrin hətta minimal dozaları belə uzunmüddətli kontaktda kumulyativ təsirlərə səbəb ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri