Icma.az
close
up
RU
Məşhur YAP çı Gömrük Komitəsində Gestapo yaradıldığını dedi: ...vətəndaşlar ehtiraslana bilərlər”

Məşhur YAP çı Gömrük Komitəsində Gestapo yaradıldığını dedi: ...vətəndaşlar ehtiraslana bilərlər”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Məşhur 91-lərdən olan, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca Dövlət Gömrük Komitəsi ilə bağlı sensasion müraciətlə çıxış edib.

Onun sosial şəbəkədə paylaşdığı açıq məktubu olduğu kimi təqdim edirik:Mən bu yazını yazmaya da bilərdim. Müxtəlif orqanlara şikayətlərimizə cavab verilmədi…

Azərbaycan Dövlət Gömrük Komitəsində işləyən qızım Aygün Qocanın 12 il, 6 yaşından etibarən qızını evdə tək qoyub möhnət çəkə-çəkə yayın istisində, qışın soyuğunda zülmlə ora gedib-gəlməsi, katorqa qaydalarını gördükcə hər gün əsəbiləşməsi, əsəblərinin son həddə çatması, buna baxmayaraq işinə məsuliyyətlə yanaşması və ciddi səyi nəticəsində polkovnik-leytenant rütbəsinə yüksəlməsi, attestasiyanı bəhanə edərək vəzifəsinin ikiqat aşağı salınması (DGK-nın Gömrük tarifləri şöbəsində çalışırdı. Vəzifəsi bir pillə endirilərək böyük inspektor təyin olundu. 2025-ci il 10 dekabr tarixli əmrlə isə özünün razılığı olmadan və ixtisasına tamamilə zidd olan Katibliyin qərarlarının icrasına nəzarət (kargüzarlıq) şöbəsinə yerdəyişmə edildi. Bu əmr qanunsuzdur!) onun işinin sonlandırılması deməkdir.

İndi nəvəmin 18 yaşı var, universitet tələbəsidir. Onu oxutmaq, qayğısına qalmaq lazımdır. Əlbəttə, qızımın və nəvəmin yaşaması üçün maddi vəsait olmalıdır. Bir sözlə, bu tale məsələsidir…

Bütün bunlardan ümidimiz kəsilir, nə var, nə var, Şahin Bağırov kimi birisi Gömrük Komitəsində “Gestapo” rejimi həyata keçirir! Sıravi əməkdaşlar üçün orada işləmək cəhənnəm əzabına çevrilib! Belə rəhbər işçilər təkcə tabeçiliklərində olanlara yox, dövlətə, dövlətçiliyə də zərər vururlar!

Ulu Öndərimiz deyirdi: “Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər şey onun ağlından, biliyindən asılıdır.

Əgər səlahiyyət sahibinin zəkası və mədəniyyəti yoxdursa yüzlərlə insan taleyini şikəst edir və sonda özünü də məhv edir.

Nəhayət, ən pisi odur ki, belə münasibət vətəndaşın dövlətə olan inamını darmadağın edir, kökündən sarsıdır”.

Əslində, məni daha çox narahat edən də dövlətimizə qarşı olan bu cür təxribatlardır!

Keçək əlahəzrət faktlara:

1. Dövlət dəftərxana ləvazimatları və əməkdaşların geyimi üçün milyonlarla manat pul ayırır. Lakin bütün geyimləri işçilərin əksəriyyəti öz pulları ilə tikdirirlər və bu geyimlər olduqca bahadır. Hər hansı geyimi, adicə gömrük papağını da istəyəndə deyirlər “gedin, maaşınızdan alın”. Bəs dövlət tərəfindən ayrılan pullar hara gedir?

2. Komitənin təzə binası istifadəyə verilib. Pəncərələri açılmır. Xüsusilə isti havalarda nəfəs almaq mümkün olmur. Türmədə olduğu kimi, gündə 2 dəfə 20 dəqiqəliyə hava almağa icazə verirlər,onun da 10 dəqiqəsi lift gözləməklə keçir.

Təzə bina qəzalıdır, qazanxanadan bəzən dəhşətli uğultu gəlir. Fəhlələrin bildirdiklərinə görə, qazanların biri partlasa adamların tikəsini tapmaq mümkün olmayacaq.

3. Mətbəxdə yemək yeməyə qoymurlar, deyirlər “düşün bufetdə yeyin”. Bufetdə də yemək yoxdur, 1 ildir işləmir, əməkdaşlar evdən gətirdikləri yeməyi qızdırmaq üçün cəmi 2 ədəd qızdırıcıdan istifadə edirlər ki, nəticədə, növbə yaranır.

4. Sıravi əməkdaşlar heç bir tədbirə dəvət edilmir, onları yalnız müharibə mövzusunda filmlərə, şəhid qəbirstanlıqlarına ziyarətlərə və mənasız iclaslara çağırırlar.

5. Ezamiyyətlərə eyni adamları – rəhbər işçiləri, özlərinin seçdikləri əməkdaşları göndərirlər. Sıravi əməkdaşlar heç yada düşmür! “Seçilənlər” dünyanın bütün ölkələrinə, ən çox İsveçrəyə gedirlər!

6. Hər gün xidməti qeyd gəlir, işçilərə gün verib işıq vermirlər.

7. İşə 1 dəqiqə gecikməyə görə izahat alıb, töhmət verirlər. Hər şeyə qadağa qoyurlar, heç nədən işçilərə töhmət verirlər.

8. Təcrübəsiz gəncləri nəyə görəsə rəis vəzifəsinə təyin edirlər. Adını qoyurlar ki, “gəncləri qabağa çəkirik”.

9. Attestasiya keçirib, istəmədikləri adamların vəzifələrini aşağı salır, bəzilərini işdən uzaqlaşdırıb, yerlərini təmənnalı şəkildə başqalarına verirlər. Məsələn, Şirvan rayonunun post rəisi attestasiyadan aşağı bal yığdığına baxmayaraq, onu Aksiz idarəsində baş əməliyyat müvəkkili vəzifəsinə təyin etdilər.(?!)

10. Günaşırı mikrofonla anons verirlər ki, “daxili test məqsədi ilə yoxlanışdır, narahat olmayın”, filan-filan…

11. Attestasiyadan əlavə 2 gündən bir daxili imtahan keçirilir. Guya komitəni “təmizləyib” çıxarılanların əvəzinə öz adamlarını işə götürürlər, bəzi işçilərini postlarda narkotik buraxmaq adı ilə tutdururlar. Bir sözlə, yer açmaq üçün bütün fəndlərə əl atırlar! Bu əməllər kadrlar şöbəsinin rəisi Vüqar Əsgərovun əllaməlikləri ilə baş tutur. Vüqar özünü külli-ixtiyar sahibi kimi aparır, özbaşınalıq edir, qadınları otağına çağırır, onları aşağılamaqdan zövq alır.

12. İş yerində qorxusundan heç kim bir – birinə salam verə bilmir. Hamını bir-birinə düşmən salıblar!

“Virtual gigiyenaya diqqət edin” deyə əməkdaşlara məktub göndərirlər. Bu nə deməkdir?

13. Binada kiçik bir hadisə baş versə, liftə minmək mümkün olmayacaq, pəncərələr isə açılmır ki, heç olmasa əməkdaşlar özlərini çölə atsınlar!

14. Bir salonda 20 əməkdaş əyləşir, yayın istisində bəzi əməkdaşlar havalandırmanı işlətməyə qoymurlar, qeyd etdiyim kimi, pəncərələr açılmadığından salona hava girmir, ürək dayanır, təzyiq qalxır!

15. Pəncərələr qara pərdələrlə örtülür, sanki matəmdir! Pərdələri açmağa icazə vermirlər, deyirlər “işçilər çölə baxırlar, fikirləri yayınır”.

16. Əməkdaşlar komitənin binasına daxil olmaq üçün əyri-üyrü, daşlı yollarla binanın arxasından fırlanmağa məcbur olurlar. Çünki ön tərəfdən binaya daxil olmağa icazə verilmir. Buradan yalnız sədr girə bilər! İşçilərin, xüsusilə qadınların ayaqları burxulur, ayaqqabılarının dabanları qopur, bəzən ağrıdan yeriyə bilmirlər! Yastı dabansız ayaqqabı geyinməyi isə qadağan ediblər.

17. Qadınların qulaqlarındakı sırğaya , geyindikləri kalqotkaların rənginə, kosmetikalarına, parfümlərinə – hər şeyə qarışırlar. Deyirlər, “parfümdən istifadə etməyin, əllərinizə krem vurmayın, vətəndaşlar ehtiraslana bilərlər”.(?!) Bunlara bir deyən gərək, gedin, öz ailələrinizin dərdini çəkin!

18. Tapşırırlar ki, əlinizdə “bloknot” gəzdirin, rəhbərlər nə desələr hamısını yazın.

19. Respublika Prokurorluğuna (dövlət orqanlarına) yazılan şikayət məktubları tədbir görülmək əvəzinə, komitəyə göndərilir. “Vətəndaşların müraciətləri haqqında qanunun 7.12 ci maddəsinə əsasən, vətəndaşın müraciətinə baxılmaq üçün barəsində şikayət edilən dövlət orqanına, quruma və ya onların vəzifəli şəxslərinə göndərmək qadağandır. Bu, ən fundamental pozuntudur, çünki şikayətin obyektinə (iş yerinə) həmin şikayəti göndərmək həm araşdırmanın obyektivliyini itirir, həm də şikayətçi üçün mənfi nəticələr doğura bilər. Bu, qaydaları kobud surətdə pozmaqdır və cinayət sayılır. Məgər, bunu Respublika Prokurorluğuna izah etmək lazımdır?

20. Heydər Əliyev adına hava limanında gömrükçülər sərnişinlərin başlarına oyun gətirirlər. “Gestapo” əməkdaşları ayaqlarını aralayıb, əlləri bellərində dayanaraq sərnişinlərin qarşısını kəsirlər. 1 ədəd telefona görə vətəndaşı qandallayırlar. Yük yoxlanışlarında ” qanunsuz” hesab olunan malları müsadirə edib, sonra Bakının müxtəlif yerlərində satdırırlar.

Xaricdən qayıdan gömrükçülər belə oradan keçməkdə çətinlik çəkirlər. Bakıdan bahalı geyimləri ilə çıxmış, şəxsi zinət əşyalarını da qadınlara irad tutaraq deyirlər ki, “sən bunları satmaq məqsədi ilə almısan”! Sərnişinlər çətinliklə sübut edirlər ki, həmin geyimlər və zinət əşyaları Bakıdan çıxanda üzərlərində olub. Gömrükçü sərnişinlər məcbur olub özlərini təqdim edirlər ki, gömrük əməkdaşlarıdır, hava limanındakı gömrükçülər deyirlər ki, ” mən bilmirəm sən kimsən?”

Keçən il yayda aeroport “gestapo”çuları mənim ailəmin də başına oyun açmışlar. Əvvəlcə biri demişdir ki, “bu qapıdan keçin”. Həyat yoldaşım, gömrük komitəsində işləyən qızım Aygün Qoca və nəvəm göstərilən qapıdan keçmək istəyəndə başqa bir “gestapo” əməkdaşı yüksək səslə əmr verib ki, “geri qayıt , siz o qapıdan keçə bilməzsiz!” Əlbəttə, qızım gömrük əməkdaşı kimi həm də oradakı “gestapo”çulardan daha yüksək rütbəli olduğu üçün onlardan kobud olmamağı, mədəni danışmağı tələb edib. Mübahisə yaranıb, 4,5 nəfər əməliyyat işçisi tökülüşüb gəliblər, mənim 73 yaşlı həyat yoldaşım 1 saat ayaq üstə qalıb, 17 yaşlı nəvəmə də “sən kəs səsini” deyiblər. Mən onların rəisi Anar Cahangirova zəng etdim, hörmətlə danışdıq, bildirdi ki, “onlar haqqında mütləq tədbir görüləcək”.

Qızım da komitə sədrinə ərizə ilə müraciət etdi. Tədbirləri o oldu ki, Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov qızımı 4 dəfə otağına çağırıb təzyiq göstərərək “ərizəni müzakirəsiz geri götür” demişdir. Qızım ərizəni geri götürməmiş, Fuad Qasımov sədrin “ona da cəza verəcəyik” fikrini qızıma çatdırmışdır. Nəticədə komitənin sədri Şahin Bağırov “gestapo”çulardan birinin rütbəsini artırmışdır…

Şahin Bağırovun nəzərinə çatdırıram ki, yazdıqlarım sənin bəzi işlərinin mində biridir. Mənimlə telefonda danışanda, nəhayət, yayda səninlə görüşəndə dedin ki, “qızınız ağır təbiətlidir, əxlaqlıdır, işgüzardır”. Mənim haqqımda neçə dəfə təkrar- təkrar dedin ki, “siz xalq adamısınız, insanların arasında böyük hörmətiniz olduğunu bilirəm”… Deməli, başımızın altına yastıq qoyurdun! Mən xalq adamıyam, bəs sən kimsən? Budur sənin bizə hörmətin?

Bir ananın taleyini puç etdin. İndiki çətin bir vaxtda o haradan iş tapacaq? Nəhayət , insanların çörəyi ilə oynamaq kişiyə yaraşan iş deyil!

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri