Icma.az
close
up
RU
Məşhur yazıçı Qış küləkləri romanını bitirməyə tələsir

Məşhur yazıçı Qış küləkləri romanını bitirməyə tələsir

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Amerikalı yazıçı Corc Martinin dediyinə görə, indi onun yeganə arzusu "Qış küləkləri" adlı romanının çox tezliklə kitab kimi dərc olunmasıdır. Martin pərəstişkarlarını əmin edib ki, çoxdandır tamamlamaqdan ötrü əziyyət çəkdiyi "Qış küləkləri"ni yaxın vaxtlarda sona çatdıracaq.
Reyting.az
-ın məlumatına görə, məşhur yazıçı deyib ki, romanın üzərində iş kifayət qədər yaxşı gedir. Amma kitabın daha tez nəşr olunması üçün bir az həyəcan keçirir.
Amerikalı fantast yazıçısı, ssenarist, eyni zamanda kinoprodüser və redaktor, eləcə də bir çox ədəbi mükafatlar laureatı olan 76 yaşlı C. Martin deyib:
"Kitabı bitirməliyəm. Bu, həm də mənim nəzarətimdə olan əsas tək məsələdir. Büdcə məhdudiyyəti də yoxdur. Məni razı salmalı olduğum studiya rəhbərləri belə yoxdur. Yaxud daha da çox fərqli baxışları olan yazıçılar. Belələri yoxdur. Mənim görəcəyim iş isə ancaq kitab yazmaqdır".
C. Martinin bu təlaşının səbəbi məlum olmasa da, media bunu məşhur yazıçının ölüm qorxusu ilə də əlaqələndirir.
1970-1980-ci illərdə elmi fantastika, eyni zamanda qorxu janrı ədəbiyyatı və eləcə də fantastik janrlarda yazdığı hekayələri, romanları ilə şöhrət qazanmış yazıçı C. Martin 1996-cı ildən nəşr edilmiş "Buz və odun mahnısı" əsəri ilə kino aləmində də tanınıb. "HBO" studiyası Martinin "Buz və odun mahnısı" adlı romanının mötivləri əsasında "Taxt-tac oyunları" adlı məşhur serialı lentə alıb.
2011-ci ildən yazmağa başladığı kitabın üzərində işləyən, hələ də "Qış küləkləri" romanını (eyni zamanda seriyanın altıncı hissəsi) bitirməyən C. Martin həmçinin yeddinci və son hissə "Baharın xəyalları" əsəri üçün də planlarını hazırlayır.
"Buz və odun mahnısı" ədəbi tənqidçilərə Martini "Amerika Tolkien"i adlandırmağa əsas verib. Artıq ABŞ-nın ədəbi aləmində yaxşı tanınan qələm sahibləri, həmçinin tənqidçilər də etiraf edirlər ki, indi çoxlu sayda nüfuzlu mükafatlara sahiblənmiş bir yazıçı kimi C. Martin tənqidə deyil, daha çox tərifə layiqdir.
Onu da qeyd edək ki, 2011-ci ildə "Time" jurnalı C. Martini dünyanın ən nüfuzlu adamları siyahısına daxil edib.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Mart 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri