Məşhur yoqa ustası Sadquru: COP28 və COP29 dünya torpaqlarına baxışı məntiqli şəkildə dəyişdi VİDEO
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
COP28 və COP29 dünya torpaqlarına yönələn baxışı məntiqli şəkildə dəyişdi.
APA xəbər verir ki, bunu COP29-a qatılan dünyaca məşhur yoqa ustası Sadquru jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hidrokarbonat, silah dünya torpaqlarını gözardı etmək üzərinə qurulub: “Bu problemi həll etsək, yenilənən resurslara keçsək, indi baş verən iqlim böhranının 37-38 faizini həll etmiş olarıq. İqlim probleminin yumşaldılması rahatlıqla ələ alına biləcək məsələdir və bunun ən önəmli tərəfi dünya əhalisinin 54 faizinin hələ də o torpaqlarla işləməsidir. Bu da dünya əhalisinin 54 faizinin həyatının dəyişə bilməsi deməkdir. Fermerlərdən soruşsanız, münbit torpaqlarda işləmək istədiyini deyəcəklər. Münbit torpaqlar həyatla doludur”.
O, həmçinin əlavə edib ki, torpaq təkcə planetimizdə deyil, bütün kainatda ən canlı sistemdir: “Milyardlarla canlı növü torpaqda yaşayır və onlar təhlükədədir, çünki torpaqlarda yetəri qədər üzvi maddə tapılmır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 13 Noyabr 2024 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















