Məşhurlara həmin reklamları qadağan edirlər
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avstraliya hökuməti qumar oyunlarının təbliğinə qarşı mübarizə çərçivəsində köklü qərarlar qəbul edib.
Adalet.az xəbər verir ki, Avstraliya Rabitə və Media Qurumunun (ACMA) açıqlamasına əsasən, 2027-ci ildən etibarən tanınmış şəxslərin qumar reklamlarında görünməsi tamamilə qadağan ediləcək.
Yeni qaydalara əsasən, peşəkar idmançılar (həm hazırkı, həm də keçmiş), məşhurlar, sosial media inflyuenserləri və digər ictimai xadimlər qumar və mərc oyunlarının təşviqində iştirak edə bilməyəcəklər. Qadağa televiziya, radio, xəbər portalları, onlayn oyunlar və sosial media platformaları daxil olmaqla bütün media resurslarına şamil olunur.
Bundan əlavə, yeni ildən etibarən lisenziyalı onlayn mərc şirkətlərinin məşhur şəxslərlə sponsorluq və ya reklam müqavilələri bağlaması qadağan olunacaq. ACMA rəhbərliyi bildirib ki, tətbiq edilən yeni rəhbərlik prinsipləri sənaye nümayəndələrinin dəyişikliklərə vaxtında uyğunlaşmasına və tələblərə əməl etməsinə şərait yaratmaq məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 20 Oktyabr 2026 07:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















