Icma.az
close
up
RU
Məşhurların adından dələduzluq edənlərlə bağlı Rəsmi açıqlama

Məşhurların adından dələduzluq edənlərlə bağlı Rəsmi açıqlama

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

Məşhurların adından dələduzluq edənlərlə bağlı - Rəsmi açıqlama

Son vaxtlar sosial şəbəkələrdə bir sıra tanınmış şəxslərin adından dələduzluq əməllərinin törədilməsi barədə tez-tez məlumatlar yayılır.

OLAY yazır ki, əsasən çox izləyicisi olan profillərin sahibləri dostlarına müraciət edərək onların adından hansısa şəxslərin pul istədiyini bildirirlər. Müxtəlif yollara əl atan dələduzlar özlərini həmin hesabların sahibi kimi təqdim edirlər. Onlar hətta tanınmış şəxslərin səsindən və mobil nömrəsinin eynisindən istifadə edirlər.

Beləliklə, vətəndaşlar tora salınır, pul göndərilməsi, təcili kömək edilməsi ilə bağlı xahişlər dərhal yerinə yetirilir. Araşdırmalar göstərir ki, artıq xeyli insan yeni dələduzluq üsulunun qurbanına çevrilib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu verdik. Qurumun Mətbuat xidmətinin rəis müavini Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, nazirlik tərəfindən kibercinayətkarlığın bütün növləri ilə mübarizə çərçivəsində mütəmadi olaraq əməliyyat tədbirləri ilə yanaşı təbliğat, təşviqat, maarifləndirmə işləri də həyata keçirilir: “Buna baxmayaraq, kibercinayətkarlar dayanmadan yeni üsul və vasitələr üzərində çalışırlar. Son zamanlar isə belə şəxslər sosial mühəndislik yolu ilə məlumatlar toplayaraq vatsap ani mesajlaşma şəbəkəsi vasitəsilə tanınmış, nüfuzlu şəxslərin fotolarından və anket məlumatlarından istifadə edib təcili pul lazım olması adı ilə vətəndaşlara, onların yaxın çevrəsinə zənglər edir, mesajlar yazırlar. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir, virtual nömrələrdən istifadə edilir. Yəni telefonun ekranında əks olunan nömrə ilə həmin şəxsin mobil nömrəsi ilə üst-üstə düşə bilər.

Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, qəti şəkildə pul vəsaitləri verməsinlər.

Belə hallarla üzləşdikləri təqdirdə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki “Polisazerbaycan” səhifələrinə məlumat vermələrini xahiş edirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://olay.az
archiveBu xəbər 17 Yanvar 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri