Icma.az
close
up
RU
Məşhurların ölümündən sonrakı “macəraları” MÜƏMMA davam edir

Məşhurların ölümündən sonrakı “macəraları” MÜƏMMA davam edir

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Böyük insanlar dünyasını dəyişdikdən sonra da dillərdən düşmürlər. Buna səbəb isə onların ölümündən sonrakı “macəraların” insanları hələ də heyrətləndirməsidir. Qismən əfsanələr və sənədləşdirilmiş detallarla əhatə olunmuş bu hekayələr illərdir araşdırılır. Bəs, ölümündən sonra da “axtarılanlar” kimlərdir?
Yoxa çıxan kəllə
Nikolay Qoqol – Rus yazıçı, mistik: 1931-ci ildə yazıçının məzarı Danilov monastırı qəbiristanlığından Novodeviçi qəbiristanlığına köçürülən zaman Qoqolun kəlləsinin olmadığı aşkar edilib. Tabutda başsız, lakin frak paltoda bir skelet var idi. Sonradan araşdırılma aparılsa da dəqiq qənaətə gəlinmədi. Amma əsas ehtimala görə, kəllə 1909-cu ildə məşhur teatr antikvar kolleksiyaçısı Aleksey Baxruşin tərəfindən oğurlanıb. İddialara görə, o, qəbirqazanlara rüşvət verib. Yazıçının kəlləsinin harada olduğu hələ də məlum deyil.
İki kəllə sahibi
İosif Haydn – Avstriyalı bəstəkar: onun tabutunda iki kəllənin olması insanları dəhşətə gətirmişdi. Sonradan məlum oldu ki, 1809-cu ildə dəfn mərasimindən dərhal sonra frenologiyanın (kəllə formasını xarakterlə əlaqələndirib öyrənən qondarma elm sahəsi) iki tərəfdarı həbsxana gözətçisinə rüşvət verərək başı məzardan oğurladıblar. Onlar dahinin "musiqi istedadını" öyrənmək istəyiblər. İtki aşkar edildikdən sonra kəllənin qaytarılmasını tələb ediblər. “Alimlər”  başqasının, üstəlik qadın kəlləsini gətirib məzara qoyublar. Əsl kəllə isə 1954-cü ildə tapılıb gətirilib, amma yad kəllənin də tabutda qalmasına qərar verilib.
Pul üçün qaçırılan meyit
Çarli Çaplin – dünya şöhrətli ingiis komedist, rejissor: Onun meyiti 1978-ci ildə İsveçrədəki məzarından oğurlanıb. İki işsiz mühacir tabutu qazıb cəsədi oğurlayandan sonra Çaplinin dul xanımından 600 min frank girov pulu tələb ediblər. Qadın pulu ödəməkdən imtina edib polisə xəbər verir. Polis cinayətkarları telefon zəngləri vasitəsilə izləyib. Duyuq düşən oğrular meyiti qarğıdalı tarlasında basdırıb qaçmışdılar. Əfsanəvi aktyorun nəşi qəbiristanlığa qaytarıldıqdan sonra  məzar qalın beton təbəqəsi ilə doldurulub.
Qara paltarlı oxucu
Edqar Allan Po – ABŞ-nin məşhur mistik yazarı: onun Baltimordakı məzarını qara geyimli sirli bir qərib illərdir ziyarət edir. Hər il 19 yanvarda (Ponun ad günündə) gizli bir pərəstişkar məzar daşına üç gül və ağzı açıq bir fransız konyakı qoyurdu. Kimliyi heç vaxt açıqlanmayan bu şəxsin ənənəsi 2009-cu ildə sona çatıb.
Təhqir olunan meyit
Volter adı ilə tanınan Fransua Arue – fransız yazarı, filosofu: ölümündən sonra bir sıra təhqirlərə dözməli oldu. Onun ürəyi çıxarılıb uzun müddət ayrı saxlanılıb (indi Paris Milli Kitabxanasındadır). Fransa İnqilabı zamanı filosofun nəşinin qalıqları Panteona köçürülüb. Lakin 1814-cü ildə bir qrup dini fanatik Volterin sümüklərini oğurlayıb kanalizasiyaya atıblar. Bu fakt alnız XIX əsrin sonlarında, Panteondakı tabut tamamilə boş tapıldıqda təsdiqləndi.
Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Avqust 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri