Icma.az
close
up
RU
Məşqçi işi göz qabağındadır Vüqar Nadirov Sabah Sele mübarizəsindən nə gözləyir?

Məşqçi işi göz qabağındadır Vüqar Nadirov Sabah Sele mübarizəsindən nə gözləyir?

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Kubokunun son qalibi "Sabah" tarixində ilk dəfə ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək. "Bayquşlar" sözügedən turnirin ilkin təsnifat mərhələsində Sloveniyanın "Sele" komandası ilə üz-üzə gələcəklər. Tanınmış məşqçi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Vüqar Nadirovla əlaqə saxlayıb təmsilçimizdən bu rəqiblə mübarizədə nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"2023/2024 mövsümündə isə yerli çempionatın qalibi olan "Sele" ötən mövsüm də çox xoş təsir bağışlayıb. Rəqib Sloveniya Kubokunu qazanıb. Konfrans Liqasının 1/4 finalına yüksəlmələrini də unutmayaq. "Fiorentina"ya 1 top fərqi ilə uduzaraq mübarizəni dayandırdılar. Adlı-sanlı İtaliya komandası ilə səfərdə 2:2 hesablı heç-heçə etmiş, evdə isə 1:2 uduzmuşdular. Bu fakt onların səviyyəli kollektiv olduqlarına sübutdur. "Sele"nin ən güclü tərəflərindən biri baş məşqçiləri Albert Rieradır. Riera futbol həvəskarlarının yaxşı tanıdığı mütəxəssidir, İspaniya millisinin sabiq futbolçusudur. Təbii ki, komandanın Konfrans Liqasında 1/4 finala qədər irəliləməsində Rieranın böyük əməyi var. Belə desək, məşqçi işi göz qabağındadır. Düzdür, onların da heyətində müəyyən dəyişikliklər ola bilər, amma yenə də meydanda çox yaxşı komanda görəcəyimizə şübhə etmirəm. 

"Sabah"ı Vasili Berezutski tərk edib, onun əvəzinə baş məşqçi postuna Valdas Dambrauskas gətirilib. Dambrauskasın "Sabah"ı hələ rəsmi oyunlara çıxarmaq imkanı olmasa da, Azərbacan komandası onun rəhbərliyi altında yoxlama oyunları keçirib. Avstriya toplanışında "Rapid"lə (Rumıniya) 2:2, "Pakş"la (Macarıstan") 3:3 oynadıqlarından xəbərim var. Düzdür, yoxlama oyunlarında nəticə o qədər də vacib deyil, bununla belə, "Sabah"ın iki oyunda 5 top buraxması müdafiə planında boşluqların olması anlamındadır. Bütün bunlara baxmayaraq, "Sele" keçilməz rəqib deyil. Həm də unutmayaq ki, ən yaxşı müdafiə hücumdur. Ümid edirəm ki, mərhələ adlayan tərəf "Sabah" olacaq. Komandamıza uğurlar arzulayıram".

Qeyd edək ki, "Sabah" və "Sele" arasında ilk oyun iyulun 10-da Bakıda, cavab görüşü bir həftə sonra səfərdə baş tutacaq. 

Nihat 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://fanat.az
archiveBu xəbər 07 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri