Icma.az
close
up
RU
Məsqət masası: səssiz razılaşmaların və açıq mesajların görüşü

Məsqət masası: səssiz razılaşmaların və açıq mesajların görüşü

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Məsqətdə baş tutan ABŞ-İran görüşü ilk baxışda “nəticəsiz” təsiri bağışlasa da, əslində Yaxın Şərq diplomatiyasının klassik bir mərhələsini xatırladır: tərəflər açıq mətndən çox, alt-mətnlə danışır.

Görüşün təkcə nüvə proqramı ilə məhdudlaşmaması, masaya İsrail faktoru, regional təhlükəsizlik və İran-Çin enerji xəttinin gətirilməsi Vaşinqtonun yanaşmasının xeyli sərtləşdiyini göstərir. Bu, artıq texniki nüvə danışıqlarından çıxıb, İranın geosiyasi davranışlarını yenidən çərçivələmək cəhdidir.

ABŞ tərəfinin heyət tərkibi də bu xətti təsdiqləyir. Donald Trump administrasiyasına yaxın fiqurların – Trampın köməkçisi Jared Kuşner və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkofun iştirakı danışıqların sırf diplomatik deyil, siyasi-şərtli xarakter daşıdığını göstərir. Vaşinqton açıq şəkildə mesaj verir: İran üçün seçimlər daralır və bu dəfə söhbət təkcə uranın zənginləşdirilmə faizlərindən getmir.

İran tərəfi isə bu görüşə daha çox “müqavimət diplomatiyası” prizmasından yanaşır. Nümayəndə heyətinə rəhbərlik edən xarici işlər naziri Abbas Əraqçı üçün əsas məqsəd ABŞ-nin maksimalist tələblərini yumşaltmaq, eyni zamanda daxili auditoriyaya “geri addım yoxdur” mesajı verməkdir. Tehranın görüşü “qələbə” kimi təqdim etməsi də buradan qaynaqlanır: real güzəştlərdən çox, mövqenin qorunduğu görüntüsü önə çıxarılır.

Maraqlıdır ki, görüşdən sonra informasiya müharibəsi dərhal başladı. İsrail mediası İranın nüvə zənginləşməsini dayandırdığına dair sızmalar yayır, İran bunu təkzib edir, ABŞ isə qeyri-müəyyən, amma hədələyici ritorika ilə çıxış edir. Bu ziddiyyətli bəyanatlar göstərir ki, tərəflər razılaşmadan çox, qarşı tərəfin davranışlarını test edir və psixoloji üstünlük qazanmağa çalışırlar.

Bu baxımdan Məsqət görüşü konkret imzalanmış sənədlə deyil, yaratdığı çərçivə ilə yadda qala bilər. ABŞ İranı eyni anda həm nüvə, həm İsrail təhlükəsizliyi, həm də Çinlə enerji əməkdaşlığı məsələlərində sıxışdırmaq istəyir. İran isə bu çoxvektorlu təzyiqi parçalamağa çalışır. Vasitəçi kimi Omanın seçilməsi də təsadüfi deyil: Oman uzun illərdir Vaşinqton–Tehran arasında etibarlı, səssiz və neytral vasitəçi kimi qəbul olunur. Nəticə etibarilə, Məsqət masası böyük razılaşmanın deyil, uzun və gərgin bir diplomatik mərhələnin başlanğıcı kimi tarixə düşə bilər.

Ruslan Zəngəzur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Fevral 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri