Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 6 oktyabr, AZƏRTAC
Argentinanın milli komandasının kapitanı Lionel Messi oktyabrın 7-nə keçən gecə yığmanın heyətində sonuncu oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, vida matçı Buenos-Ayresdəki “Monumental” stadionunda Benin seçməsinə qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.
Arenanın kassalarında satışa çıxarılan 85 min 018 biletin hamısı 2 saatdan az müddətdə satılıb.
Matçdan əvvəl Lionel Messi üçün tribunada xüsusi şou, videonümayişlər və konsert proqramı təşkil olunacaq.
“Adidas” şirkəti də Messinin milli komandada sonuncu oyunu üçün xüsusi vida forması hazırlayıb. Formada “M” loqosu, qızılı elementlər və futbolçunun əfsanəvi 10 nömrəsi əks olunub.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin formasını geyinir. O, yığmanın heyətində 207 matç keçirib və 125 qol vurub. Futbolçu Argentina ilə 2022-ci ildə dünya çempionu olub, həmçinin 2008-ci il Olimpiya Oyunlarında qızıl medal qazanıb. Onun aktivində 2021 və 2024-cü illərdə Amerika Kuboku, eləcə də 2022-ci ildə Finalissima turnirinin qalibi titulları var.
Messi karyerası ərzində rekord sayda – səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, üç dəfə FIFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilib, altı dəfə Avropa liqalarının bombardiri kimi “Qızıl buts” mükafatını qazanıb. Bundan başqa, argentinalı futbolçu iki dəfə dünya çempionatının ən yaxşı oyunçusuna təqdim olunan “Qızıl top”un sahibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 06 Oktyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















