Messi azarkeşlərə müraciət etdi FOTO
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatının finalı ərəfəsində sosial şəbəkələrdə komanda yoldaşlarına və azarkeşlərə müraciət edib.
Moderator.az xəbər verir ki, Messi müraciətində Argentinanın heç kəsin silə bilməyəcəyi tarix yazdığını qeyd edib.
"Bütün bu illər ərzində ən gözəl şey yalnız titullar deyil, həm də qət etdiyimiz bütün bu yol oldu. Hər gün bu komandanın yanında olmaq, birlikdə mübarizə aparmaq, çətin anlardan sonra ayağa qalxmağı bacarmaq və hər addımdan zövq almaq.
Komanda yoldaşlarımın hər birinə, məşqçilər heyətinə və bu millinin böyük ailə olaraq qalması üçün hər gün əlindən gələni edən bütün insanlara təşəkkür edirəm. Nə baş verir versin, bu komanda artıq heç vaxt unutmayacağımız və heç kimin silə bilməyəcəyi bir tarix yazıb. İrəli, Argentina!" - deyə Messi sosial şəbəkə səhifələrində yazıb.
Xatırladaq ki, Argentina - İspaniya final matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Baxış sayı:148
Bu xəbər 19 İyul 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















