Messi Azərbaycana təşəkkür etdi
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan mədəniyyəti və insanları ilə tanış oldum. Buna görə çox xoşbəxtəm”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Argentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi Bakı Kristal Zalında təşkil olunan tədbirdə deyib.
Futbol əfsanəsi ilk dəfədir Azərbaycanda olduğunu qeyd edib:
“Bu cür isti qarşılanmaya görə Azərbaycana təşəkkür edirəm”.
Qeyd edək ki, tədbirdə dünya ulduzları Luis Suarez, Serxio Buskets və Xordi Alba da iştirak edirlər.

