Messi Barselonaya qayıdır? Klub prezidentindən AÇIQLAMA
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Barselona"nın prezidenti Xuan Laporta ötən gecə "Jirona"ya qarşı matçdan (4:1) sonra azarkeşlərlə qısa dialoq qurub.
Hurriyyet.az xəbər verir ki, klub rəhbəri xidməti avtomobilində stadionu tərk edərkən, ona yaxınlaşan fanatlar Laportadan komandaya bir superulduzun transfer olunmasını xahiş ediblər.
"Lionel Messi və Erlinq Holandı alın" deyən azarkeşlərə X.Laportanın cavabı lakonik olub: "Bizim Lamin Yamalımız var".
Qeyd edək, artıq bir neçə aydır mətbuatda argentinalı Dünya çempionu Lionel Messinin "Barselona"ya qayıdacağı barədə xəbərlər tirajlanır. Ən son məlumata görə, futbolçu "İnter Mayami"dən gələn ilin yayında ayrılacaq. İddiaya görə, 2026-cı il Dünya çempionatından sonra, Messinin təqdimatı yenilənmiş "Kamp Nou" stadionunun açılışı ilə eyni gündə olacaq və argentinalı bir mövsüm Kataloniya klubunda forma geyindikdən sonra, karyerasını başa vuracaq.
oxu.az
Baxış sayı:112
Bu xəbər 31 Mart 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















