“Messi bizim dəvətimizlə gəlməyib” nazirlə görüş olacaqmı?
O möhtəşəm gün gəlib çatdı! Dünya futbolunun ulduzu və əfsanəsi, hazırda Amerikanın “İnter Mayami” klubunda çıxış edən Lionel Messinin dekabrın 11-də Bakıda olacağını, Kristal Zalda keçiriləcək tədbirə qatılacağını xəbər vermişdik.
Görəsən, Messinin gənclər və idman naziri Fərid Qayıbovla görüşü nəzərdə tutlubmu? “Football-plus.az” bu sualı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyevə ünvanlayıb:
“Belə görüş olsaydı, öncədən məlumat verilərdi. Cənab nazir də ölkədə yoxdu. Messi bizim dəvətimizlə gəlməyib. Ona görə də bu barədə məlumatımız yoxdu”.
ƏSƏD SEYİDOV
![see](https://icma.az/template/assets/see.png)