Messi: Braziliyaya qarşı vacib matçı buraxacağım üçün kədərlənirəm
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İnter Mayami” və Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatının seçmə mərhələsində Uruqvay və Braziliyaya qarşı keçiriləcək oyunlarda iştirak edə bilməyəcəyini bildirib.
Sportal.az Argentina mətbuatına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi milli komandaya kömək edə biməməsinə görə üzüldüyünü söyləyib:
"Uruqvay və Braziliyaya qarşı vacib oyunları buraxacağım üçün kədərlənirəm. Çünki onlara qarşı oynamağı çox istəyirdim. Amma kiçik zədəyə görə bir az dincəlməliyəm. Ona görə də orada ola bilməyəcəm. Amma hər bir azarkeş kimi buradan dəstəyimi göstərəcəm, komandamı alqışlayacam".
Baxış sayı:122
Bu xəbər 18 Mart 2025 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















