Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 28 sentyabr, AZƏRTAC
ABŞ-nin “İnter Mayami” klubunun argentinalı ulduzu Lionel Messi karyerasında daha bir rekorda yaxınlaşıb.
AZƏRTAC xəbər verir ki, “Kolumbus Kryu”ya 1:2 hesabı ilə məğlub olduğu görüşdə komandasının yeganə qolunu Messi vurub. O, 33-cü dəqiqədə cərimə zərbəsindən fərqlənib. Bu qol Lionel Messinin peşəkar karyerasında cərimə zərbəsindən vurduğu 75-ci qol olub.
Bununla da 39 yaşlı hücumçu bütün zamanların ən çox cərimə zərbəsindən qol vuran futbolçuları siyahısında ikinci pilləyə yüksəlib.
Messi 74 cərimə zərbəsi qolu olan braziliyalı Jair Rosa Pintonu geridə qoyub. Siyahıya isə 78 qolla digər braziliyalı futbolçu Marselinyo Kariosa başçılıq edir.
Baxış sayı:150
Bu xəbər 28 Sentyabr 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















