Icma.az
close
up
RU
Messi indi yalnız Pele ilə Juninyodan geri qalır

Messi indi yalnız Pele ilə Juninyodan geri qalır

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Lionel Messi “Barselona”nın keçmiş oyunçusu Ronaldinyonu arxada qoyub.

"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin hücumçusu MLS-in “Filadelfiya” ilə səfər matçında (3:3) bir dəfə qapıya yol tapıb. Messi karyerasında cərimə zərbəsi ilə 67-ci qolunu vurmaqla Ronaldinyonun göstəricisini (66) arxada qoyub.
Yenə sol ayaqla
“İnter Mayami” mayın 25-də Çesterdə keçirilən matçın 85-ci dəqiqəsinə qədər iki top fərqi ilə geridə idi. Amma təslim olmayan mayamililər rəqib qapısını böyük qüvvə ilə təzyiq altında qoymaqla məğlubiyyətdən qaça bildilər. Əvvəlcə Xordi Albanın Luis Suaresə ötürməsi bir nəticə vermədi. Qonaq komandanın oyunçuları bu halda daha sadə varianta üstünlük verməyi lazım bildilər: topu Messiyə verməklə onun təkbaşına nəsə edə biləcəyinə ümid bəslədilər. Bu variant baş tutdu. Lionel topu qəbl edəndən sonra üç rəqibi arxada qoydu və qapıya 20 metr məsafədə kobudluğa məruz qaldı.
Bundan sonra dünya çempionunun ifasında sehirli məqam baş verdi. Bəli, azarkeşlər belə hala dəfələrlə şahidlik ediblər. Argentinalı hücumçu qapının sol küncünə baxaraq topu o istiqamətdə qapıya yönəltdi. Fərqin minimuma enməsi mayamililəri ruhlandırdı. Və 90+5-ci dəqiqədə Telasko Seqoviya hesabı 3:3-ə çatdırdı.
Messi rekorda can atır
Qeyd edək ki, Messi indi dünya futbolunda cərimə zərbəsi ilə vurulan qolların sayına görə yalnız iki braziliyalıdan - Juninyo Pernambukano (77) ilə əfsanəvi Peledən (70) geri qalır. Onun hesabında 67 belə qol var. “İnter Mayami”nin hücumçusu daha bir braziliyalı Ronaldinyonu arxada qoyaraq 3-cü yerin tək sahibinə çevrilib. Aydın məsələdi ki, Lionelin yaxın gələcəkdə cərimə zərbəsi ilə vurduğu qollarının sayını artırmaq şansı var. Onun rekorda doğru irəlilədiyini də xüsusi vurğulayaq.
Maraqlıdı ki, bu planda Messidən sonrakı yeri Kriştiano Ronaldo tutur. Portuqaliyalı hücumçu cərimə zərbəsi ilə 64 qolun müəllifi olub. Karyerasını başa vurmağı ağlından belə keçirməyən “Əl-Nəssr”in 40 yaşlı hücumçusu da rekordu azı təkrarlamaq şansına malikdi.
Modriç Messiyə dəstək verə bilər
“İnter Mayami” bu mövsüm MLS-də heç də əla çıxış etmir. Xavyer Masçeranonun komandası ABŞ çempionatının yüksək liqasında keçirdiyi 15 oyuna 26 xal qazanıb. Mayamililər Şərq konfransında 15 iştirakçı arasında 6-cı yeri tuturlar. Onların KONKAKAF-ın Çempionlar Kubokunda yarımfinala qədər irəlilədiklərini və bu mərhələdə iki oyunun ümumi nəticəsinə əsasən “Vankuver”ə 1:5 hesabıyla uduzduqlarını da xatırladaq.
Masçeranonun komandası vəziyyəti başqa bir ulduz futbolçunun sayəsində yaxşılaşdıra bilər. Belə ki, son günlər “Real”ı yayda tərk edəcək Luka Modriçin hansı kluba keçə biləcəyi haqda xəbərlər yayılıb. O, Ronaldo və ya Messinin komanda yoldaşı ola bilər. 39 yaşlı futbolçu bu il Klublararası Dünya Çempionatından sonra “Real”dan azad agent kimi ayrılacaq. “Footmercato”nun məlumatına görə, Modriçə “Əl-Nəssr” (Səudiyyə Ərəbistanı) və “İnter Mayami”dən təkliflər gəlib. Yarımmüdafiəçi ilə Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu və bir neçə Braziliya təmsilçisi də maraqlanır.
Deyilənə görə, Modriç uzun müddətdi Ronaldo ilə eyni komandada oynamaq üçün “Əl-Nəssr”ə keçmək imkanını müzakirə edir. Lakin onun ailəsi ABŞ-yə köçməyi daha əlverişli variant sayır. İspaniyada çıxan “Mundo Deportivo” qəzeti Lukanın mayamililərlə 2,5 milyon dollar maaşı nəzərdə tutan birillik müqavilə təklifi aldığını xəbər verib.
Yeri gəlmişkən, İspaniya mənbələri Messinin 2024-cü ildə Modriçi “İnter Mayami”də görmək istədiyini iddia etmişdi. Ancaq xorvatiyalı futbolçu “Real”da daha bir mövsüm top qovmağa üstünlük vermişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyun 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri