Icma.az
close
up
RU
Messi növbəti dünya çempionatında da oynamaq istəyir

Messi növbəti dünya çempionatında da oynamaq istəyir

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Lionel Messi bir daha zamana “əlcək atmağa” hazırdı. 38 yaşlı futbolçu “İnter Mayami”də karyerasına davam etməklə yanaşı, DÇ-2026-ya qatılmağa da hazırdı. NBC-yə müsahibə verəb futbolçu etiraf edib ki, gələnilki mundiala qatılmaq və Argentina yığmasına titulu qorumaqda yardım etmək istəyir. Halbuki bir müddət əvvəl yaşına və sağlıq durumuna görə mundiala getməyəcəyini deyirdi.

"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin argentinalı hücumçusunun açıqlamasından mundial həvəsi ilə alışıb-yandığı görünür:

“Dünya çempionatında iştirak qeyri-adi hissdi. Mən bunu çox istəyərdim. Orda olmaq, milli komandaya yardım etmək arzum var. Növbəti il “İnter Mayami”də mövsümöncəsi hazırlığa başlayanda hər gün hazırlıq səviyyəmi qiymətləndirəcəm. Baxaq görək 100 faiz qüvvə ilə oynaya, komandaya faydalı ola bilirəmmi? Ondan sonra qərarımı verəcəm. Əlbəttə, iştirak arzusu ilə alışıb-yanıram, axı söhbət dünya çempionatından gedir. Yenidən titul qazanmaq imkanı möhtəşəmdi”.


Xatırladaq ki, növbəti dünya çempionatı gələn il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə mundiala 48 yığma qatılacaq.
Maraqlıdı ki, cəmi bir ay əvvəl Leo yığma mövzusunda fərqli danışmışdı. Sentyabrda Venesuela üzərindəki qələbədən sonra DÇ-yə qatıla bilməyəcəyinə işarə etmişdi:

“Dünya çempionatı ilə bağlı mövqeyim dəyişməyib: daha bir dəfə oynayacağımı düşünmürəm. Yaşımı nəzərə alsaq, getməməyim məntiqlidi. Ancaq biz hədəfə yaxınıq, bu üzdən oynamaq motivasiyam var”.


Yeri gəlmişkən, Leo 2022-də Qətər mundialının onun üçün sonuncu olacağını demişdi. Görünür, dünya futbolunun əfsanəsi bu mövzuda mövqeyini dəyişib.
Ümumiyyətlə, argentinalının karyerasını bitirmək ehtimalıyla bağlı açıqlamaları oyunu ilə ziddiyyət təşkil edir. Messi yaxınlarda “İnter Mayami” ilə müqavilə müddətini 2028-ci ilə qədər uzadıb, indi isə milli komandada oynamağı arzulayır. Leo cari mövsümdə “İnter Mayami”nin heyətində bir neçə dəfə dubl edib, həmçinin çoxlu məhsuldar hərəkətləri var ki, bunlar da onun MLS-də bombardirlər yarışının önündə qərarlaşmasına şərait yaradıb. Argentinalı ulduz hətta dünya rekordlarını da qırır: hazırda onun hesabında 1290 məhsuldar hərəkət var.
Leo hələ də möhtəşəm formaya malikdi. Fiziki hazırlığı və oyun düşüncəsi az qala 30 yaşlılarla eyni səviyyədədi. Bundan başqa, Messi FIFPro versiyası üzrə ilin rəmzi yığmasına düşməyə namizəd olanların da siyahısındadı - əbədi rəqibi Kriştiano Ronaldo ilə birgə.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri