Messi qayıdış qərarını açıqlayıb
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Barselona"nın əfsanəvi futbolçusu Lionel Messi doğma klubuna qayıtmaq barədə qərarını versə də, bu addımın yaxın günlərdə atılmayacağı bəlli olub.
İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, gələn həftə Joan Laporta yenidən prezidentliyə namizədliyini irəli sürmək üçün vəzifəsindən istefa verəcək. Hazırda seçki yarışında Laporta ilə yanaşı Viktor Font, Xavi Vilajoana və Mark Siria kimi namizədlər də iştirak edir.
Messinin bir müddət əvvəl yenidən qurulan "Spotify Kemp Nou" stadionuna gözlənilməz ziyarəti və sosial şəbəkələrdə paylaşdığı fotolar onun seçkilərdə hansısa tərəfi dəstəkləyəcəyi barədə şayiələri artırsa da, futbolçu bu iddiaları rədd edib. Ulduz hücumçunun proseslərə təsir göstərəcəyi gözlənilsə də, o, neytral qalmağı üstün tutub.
Messinin Laporta ilə münasibətləri 2021-ci ildəki ayrılıqdan sonra hələ də gərgin olaraq qalır. O, prezident tərəfindən aldadıldığını hiss etdiyi üçün onun seçki kampaniyasında iştirak etmək niyyətində deyil. Messi "Barselona"ya qayıdışını yalnız Dünya Çempionatı başa çatdıqdan sonra planlaşdırır. Onun klubda hansı vəzifəni tutacağı hələlik dəqiqləşməsə də, ulduz futbolçu gələcəyini məhz Kataloniya təmsilçisi ilə bağlamağa tam qərarlıdır.
Baxış sayı:99
Bu xəbər 05 Fevral 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















