Icma.az
close
up
RU
Messi, Ronaldo, yoxsa Lamin Yamal... Ən yaxşı futbolçu kimdir?

Messi, Ronaldo, yoxsa Lamin Yamal... Ən yaxşı futbolçu kimdir?

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Futbol aləmi yeni sualla üz-üzədir: “Lamin Yamal Messi və Ronaldoya çata biləcəkmi?”

Təbii, əksər adamların bu suala tərəddüdsüz cavabı var: “YOX!”

Onları qınamaq da olmur, görürsən ki, haqlıdırlar, 20 il futbol zirvəsindən enməyən, bütün rekordları alt-üst edən, bütün titulları qazanan Messi və Ronaldoya çatmaq hər oğulun işi deyil.

Amma mən həmin qətiyyətli adamları tələsməməyə çağırardım. Çünki dünən “İnter” – “Barselona” oyununu izlədikdən sonra bir şeyi qətiləşdirdim:

“Lamin Yamalı heç bir futbolçuyla müqayisə etmək olmaz. Hətta Messi və Ronaldoyla da”.

Mənə görə, Yamal ağlınıza gələcək bütün digər futbolçulardan bir addım irəlidədir. “Bir baş üstündür” demirəm, “bir addım irəlidədir” deyirəm.
Bu fikrimin səbəbini izah etməyə çalışacam.

Əvvəla, bilməyənlər üçün deyim ki, bu uşaq 15 yaşından Barselona kimi bir klubun əsas heyətində çıxış edir. 15 yaşından! Barselonada!

Messi və Ronaldo isə komandalarının əsas heyətinə 17 yaşlarında düşə biliblər.

Yamalı Messi və Ronaldodan bir addım öndə saymağımın səbəbi isə bu deyil.


Dünənki oyunu izləyəndə, bir şeyə fikir verdim. 17 yaşlı bu yeniyetmə meydandakı bütün digər futbolçulardan daha rahat, daha sakit, daha təmkinli idi. 120 dəqiqə ərzində yorulduğu heç hiss olunmayan yegadə futbolçu da Yamal idi.

Yamal meydanda gənc, istedadlı futbolçu kimi yox, komandanın lideri kimi oynayırdı.

Bax, budur əsas məsələ.

17 yaşlı Yamal hazırda Barselonanın gənc istedadı yox, lideridir. Və komandanın Yamala yüklədiyi bu məsuliyyət onu qətiyyən təlaşlandırmır, əksinə, çox rahatca komandasını arxasınca aparır.
17 yaşında, belə bir oyunda, belə rəqiblərə qarşı bu rahatlığı, təmkini heç bir digər oyunçuda görməmişəm. Nə Messidə, nə Ronaldoda. Onlar bu təmkinə iyirmili yaşların ortalarında çatmışdılar.

Ən sevdiyim futbolçu Ronaldinyo olub. Ondakı istedad, mənə görə, futbol enerjisini ən mükəmməl şəkildə özündə cəmləmişdi. Amma həmin istedadı, təəssüf ki, bizə çox qısa müddət sərgilədi.

Messi super istedadını, Ronaldo isə super əzmkralığını bizə 20 il göstərdi.

İndi əsas məsələ Yamalın bu super istedad və rahatlığını bizə neçə il nümayiş etdirəcəyidir.

El diliylə desək, mən “Ronaldoçu”yam, amma Yamalın nə vaxtsa Ronaldonu da üstələməsi məni narahat etməyəcək.

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur "Belə hekayələrin yazılmasına ehtiyac var" - Müzakirə Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 May 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri