Icma.az
close
up
RU
Messi və Neymar “Barselona”ya dönə bilər

Messi və Neymar “Barselona”ya dönə bilər

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Barselona”nın unikal özəlliyi var – klub elə informasiya bombaları “buraxır” ki, aylarla müzakirə olunur. Çoxsaylı insaydlara inansaq, kataloniyalılar yayda iki əfsanənin – 37 yaşlı Lionel Messi ilə 33 yaşlı Neymarın dönüşünü hazırlayır. Guya Leo “Barsa” ilə lazımi şəkildə vidalaşmadan karyerasını bitirmək istəmir. Neymara gəlincə, onun “Santos”la müqaviləsinin müddəti yayda bitir, həmin vaxta qədər kataloniyalıları azad agent kimi müqavilə bağlamağın zəruriliyinə inandırmağa çalışacaq.

Əlbəttə, bütün bunları DÇ-2026-ya hazırlıq və top səviyyədə oyunlar vasitəsilə forma yığmaq prosesinin tərkib hissəsi kimi də baxmaq lazımdı. Ancaq bu duet indi “Barsa”nın baş məşqçisi Hans-Diter Flikə lazımdımı?
Girişdə də vurğuladığımız kimi, “Barselona”nın prezidenti Xuan Laporta güclü informasiya dalğası yaratmaqda ad çıxarıb. Və iki köhnənin (sözün bütün mənalarında…) dönüşü haqda olan yeni şayiələr tam onun üslubundadı. Əlbəttə, Messi və Neymar ilə müqaviləyə imza atmaq böyük hadisə olardı, klubun media və marketinq göstəricilərini yüksəldərdi.
Ancaq onu da anlayırıq ki, president idman hədəflərindən də əl çəkən deyil. Bu tarixçə bir qədər fərqlidi. Mümkün sövdələşmənin ziddinə olan ən böyük dəlil Flikin aşıladığı oyun üslubudu. Almaniyalı mütəxəssis güclü pressinqin və fiziki cəhətdən güclü futbolun fanatıdı. Onun “Bavariya”sı vaxtilə rəqiblərini hədsiz təzyiqlə “yıxırdı” – hücum, qaçmaq, topu almaq, həm də bütün bunları oyunboyu bacarmaq! Çoxdan artıq meydan boyunca qaçmağı tərgidən Messi ilə Neymarı belə oyun üslubunda təsəvvür etmək asan deyil. Əlbəttə, Leo ilə Ney yaradıclıq, ötürmələr, improvizasiya baxımından möhtəşəmdi. Amma belə sıx təqvim şəraitində oyunboyu çalışmaq onların şəxsi faciəsini şərtləndirə bilər.
Üstəlik baş məşqçi onları heyətə necə inteqrasiya etsin? Neymarla bağlı vəziyyət az-çox aydındı – hücumun sol cinahında Rafinyanın əvəzedicisi ola bilər. Ancaq deyilənə görə, “Barsa” yayda həmin mövqeni Dias, Leao və ya Uilyams ilə gücləndirmək fikrindədi. Onda Neymar nəyə lazımdı?
Messiyə gəlincə, onu bəlkə də hücumçuların arxasında oynatmaq olar. Ancaq Flikin sərəncamında həmin mövqe üçün o qədər oyunçu var ki – Olmo, Qavi, Fermin, Torre… Təbii, Leo lap 37 yaında da bu mövqedə yüksək səviyyə göstərməyə qadirdi. Ancaq yenə bəlli məqama qayıdaq – axı o pressinq əməliyyatlarında iştirak etməyəcək. Bir sözlə, iki əfsanənin eyni vaxtda dönüşü taktiki baxımdan tam mənasız qərar olardı.
Elə motivasiya ilə bağlı da şübhələr var. Axı bu iki ulduz yenilənmiş “Kamp Nou”da oynamaq arzusundan başqa hansı motivasiya tapacaq? Messi yaxınlarda həyata münasibətinin necə dəyişməsi haqda danışmışdı: indi o “hər yeni günə sevinir, gələcəklə bağlı az düşünür”. Belə görünür ki, Argentinanın zəfəri ilə bitən dünya çempionatından və Amerikaya köçəndən sonra Leo fərqli səviyyəyə adlayıb. Sakitcə məşq edir, meydanda özünü əziyyətə salmır – hətta belə iş rejimi də onun liqanın əsas ulduzu olmasına bəs edir. Çətin ki, Leoya Avropanın təzyiqi lazım olar. Neymar da iddia edir ki, onun üçün ən böyük sevinc futbol oynamaqdı. Baxmayaraq ki, bu sevinc “Santos”a yetərincə baha başa gəlir. Yeri gəlmişkən, vətənində möcüzələr törədir (künc zərbəsindən birbaşa qolunu gördüzmü?!), publikanı sevindirir. Təkcə elə Neymar adının səslənməsi bilet və atribut satışına ciddi təsir göstərib. Braziliyalı gümrah və xoşbəxt görünür. Deməli, hədsiz çox enerji xərcləməyin lazım gəldiyi La Liqaya dönüş, sərt Flikin rəhbərliyi altında meydanboyu qaçmaq ən azı şübhəli ideyadı.
Bu məsələ ilə bağlı emosional yönləri bir kənara atsaq, “Barsa”nın baş məşqçisi taktiki düşüncələrinə qətiyyən uyğun olmayan iki ulduzun dönüşünə heç cür sevinə bilməz. Bəli, Messi və Neymar cəlbedici sərlövhə yağışı, sosial şəbəkələrdə milyonlarla “bəyənmə” işarəsi, forma satışında rekordlar deməkdi. Ancaq bütün bunların meydanda yaşananlara dəxli yoxdu. Ən yaxşı illərində olduğu kimi meydanda xarüqələr yaratsalar, sevinməyə dəyər. Amma zədələr və ya sadəcə, yorğunluq Flikin bu gün təbliğ etdiyi oyun üslubuna xətər yetirsə, nə olacaq?
Çox güman, hələ bir müddət də bu mövzuda şayiələr, insaydlar, ehtimallar gündəmi zəbt edəcək, potensial dönüşlə bağlı xəbərlərin, açıqlamaların sayı artacaq. Bəlkə də həmin Messini gerçəkdən “Kamp Nou”ya qaytaracaqlar ki, “Barsa” karyerasına ən parlaq şəkildə son qoysun. Azarkeşlər də əsl nağılı haqq edib. Ancaq bu gün komandanın “sükanı arxasında” aydın sxemlərə və inadkar futbola əsaslanan Flik dayanıb. Belə oyun üslubunda köhnə kumirlər muzey eksponatları kimi görünür.
Hələ ki əsas sual açıq qalır: Messi ilə Neymar “Barsa”ya qayıdır, yoxsa biz növbəti piar gedişini müşahidə edirik? Düzünə qalsa, bütün bunlar güclənməklə bağlı rasional cəhddən daha çox Laportanın oyununa bənzəyir.
"Football-plus.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Mart 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see301

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see253

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see247

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see244

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see230

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see228

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see223

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see219

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see215

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see209

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see205

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see202

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see197

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see190

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see189

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see183

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see172

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see162

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri