Messi və Yamal dünya çempionatının finalında tarixi rekorda imza atdılar
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Argentina millisinin hücumçusu Lionel Messi və İspaniya yığmasının forvardı Lamin Yamal futbol üzrə 2026-cı il dünya çempionatının final oyununa start heyətində çıxmaqla mundial tarixində unikal yaş rekorduna imza atıblar.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, dünya çempionatlarının finalları tarixində ilk dəfə start fitindən etibarən meydana çıxan iki futbolçu arasında yaş fərqi 20 ildən çox olub.
Hazırkı mundial zamanı Lionel Messinin 39, Lamin Yamalın isə 19 yaşı tamam olub. Beləliklə, onların arasında 20 ildən artıq yaş fərqi qeydə alınıb ki, bu da dünya çempionatlarının final oyunları tarixində ilk belə göstəricidir.
Final qarşılaşması bu gün ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunur. Turnirdə ilk dəfə 48 milli komanda iştirak edib. Mundialın son qalibi Argentina millisidir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:233
Bu xəbər 19 İyul 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















