Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... FOTO
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
İki gün əvvəl Bakıya səfər etmiş argentinalı ulduz futbolçu Lionel Messinin erməni iş adamları ilə əlaqəsi barədə dünya mediasında çox sayda məlumatlar yayımlanıb. Onlardan biri də futbolçunun şəxsi biznesinin idarəçiliyini erməni sahibkara həvalə etməsi ilə bağlıdır. 2022-ci ildə Lionel Messi özünün “Play Time” investisiya şirkətini yaradıb.
Globalinfo.az Missiya.az-a istinadən xəbər verir ki, şirkət ABŞ-da yerləşir və idman, texnologiya, mediaya sərmayə qoymaq üçün yaradılıb. Messi yeni biznesini erməni əsilli sahibkar Razmiq Hovaqimyana həvalə edib. Futbolçu Razmiqi “böyük dostum” deyə təqdim edir .
Qeyd edək ki, Razmiq Hovaqimyanın rəhbərliyində təmsil olunduğu şirkətlər Barselona futbol klubunun sponsorlarıdır. Messi qondarma erməni soyqırımını rəsmən tanımış Argentinanın Rosario şəhərində anadan olub. Bu şəhərdə erməni icması xüsusi fəallığı ilə seçilir. Yerli Rosario Universitetində ermənişünaslıq şöbəsi var. Şəhərin əsas parkında isə qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb. Görünür, Messinin Bakıya səfəri barədə paylaşım etməməsinin səbəbi onun erməni sevgisidir….
Bakıya səfərini milyonluq səhifələrində susqunluqla ötüşdürən Messi ötən il ermənilərin ona həsr etdikləri videonu həvəslə paylaşmışdı. Videonun başlığı da belədir: “Messinin erməni kökləri”.
Video ilə BURADAN tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 12 Dekabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















