“Messinin daha bir DÇ də iştirak etməsi məni təəccübləndirməz”
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni bildirib ki, komanda kapitanı Lionel Messinin daha bir Dünya Çempionatında iştirak etməsi onu təəccübləndirməz.
“Qafqazinfo” xəbər verir ki, onun fikirlərini “Olé” nəşri yayımlayıb.
“Bilmirəm. Heç bir fikrim yoxdur. Bunu ondan soruşmalısınız. Bu, mənə veriləcək sual deyil. Messi canlı əfsanədir, tarixin bir hissəsidir. Haqqında danışdığım bu şəxslə fəxr edirəm. O, 39 yaşında finala çıxmağı bacarıb – bu, inanılmazdır! Məhz buna görə də Leonun etdiklərinin dəyərini bilməyin vacibliyindən danışıram”, – deyə Skaloni bildirib.
Qeyd edək ki, Argentina və İspaniya arasında 2026-cı il Dünya Çempionatının finalı iyulun 19-da keçiriləcək. Cari turnirdə Messi səkkiz qol vurub və bombardirlər yarışında liderlik edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 18 İyul 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















