Messinin dublu “İnter Mayami”yə qələbə qazandırdı VİDEO
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-nin “İnter Mayami” futbol komandası MLS-in müntəzəm çempionatında “Atlanta Yunayted”i səfərdə 3:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, Atlantadakı “Mersedes-Bens” stadionunda keçirilən qarşılaşmada hesabı 45-ci dəqiqədə qonaqların hücumçusu German Berterame açıb.
İkinci hissədə Lionel Messi ön plana çıxıb. Argentinalı hücumçu 56 və 60-cı dəqiqələrdə fərqlənərək dubl edib və komandasının üstünlüyünü üç topa çatdırıb.
“İnter Mayami”nin qələbəsində uruqvaylı hücumçu Luis Suares də mühüm rol oynayıb. O, iki məhsuldar ötürmə ilə yadda qalıb.
Meydan sahibləri yalnız 89-cu dəqiqədə fərqlənə biliblər. Fafa Piko komandasının yeganə qolunu vuraraq yekun hesabı müəyyənləşdirib - 1:3.
Növbəti turda, oktyabrın 25-də “İnter Mayami” “Nyu-York Red Bulls”, “Atlanta Yunayted” isə “Çikaqo Fayr” ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 18 Oktyabr 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















