Messinin həyat yoldaşı miss Bumbum un finala gəlməsinə mane olubmuş!
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məlum olduğu kimi ABŞ futbolunda bu mövsüm Lionel Messinin şərəfini qoruduğu ''İnter Mayami'' ağalıq etdi.
"Football-plus.az" xəbər verir ki, bu klub finalda ''Vankuver''i 3:1 məğlub edərək tarixinin ilk çempionluğunu qazandı.
Bu arada Messinin həyat yoldaşı Antonella Rokutso ilə bağlı çox maraqlı və hətta qalmaqallı bir xəbər yayılıb. Bu xəbəri İngiltərənin ''San'' nəşri yayıb. Mənbənin yazdığına inansaq, Rokutso braziliyalı model Syuzi Kortesin MLS-in finalına buraxılmasını istəməyib. Bu üzdən təşkilatçılar onu final oyununda stadiona buraxmayıblar.
Məsələ burasındadı ki, açıq-saçıq şəkilləri ilə tanınan və Braziliyada ''miss Bumbum'' gözəllik müsabiqəsinin qalibi olan Syuzi Kortes Messinin çoxdankı fanatıdı. Əvvəllər o dəfələrlə Messi ilə bağlı açıqlamalar verib və sosial şəbəkələrdə öz şəkillərini argentinalı ulduza göndərdiyini etiraf edib. Onun bədənində hətta Messi ilə bağlı bir neçə döymə də var. Kortes bir ara etiraf etmişdi ki, açıq şəkillər göndərdikdən sonra Messi sosial şəbəkədə onu bloka atmışsı. Düzdü, sonrada Leo onu blokdan çıxarmış və Kortes bunun şərəfinə yenə əsrarəngiz fotosessiyalar etdirmişdi.
27 yaşlı Kortes son olayla bağlı ''Ekstra'' nəşrinə acıqlamalar verib. O, finala buraxılmamasının Antonella Rokutsonun üzündən baş verdiyini bildirərək özünü ictimaiyyət önündə aşağılanmış hiss etdiyini deyib. Uzun illərdi ABŞ-da yaşayan, modellikdən başqa bloger kimi də fəaliyyət göstərən Kortes şəxsi münasibətlər üzündən kiminsə idman tədbirinə buraxılmamasının düzgün olmadığını qeyd edib. Kortesin sözlərinə görə Mayami klubunun rəsmiləri ona şəxsən oyundan bir gün öncə zəng vuraraq stadiona gəlməməyi xaiş ediblər. Bundan başqa bu xanımın sözlərinə inansaq, Messi və ailə üzvləri yenidən bütün sosial şəbəkələrdə onu bloka atıblar! Bununla belə Kortes qarşıdan gələn DÇ-2026-nın gedişində Messinin ailəsi ilə barışa biləcəyini istisna etməyib.
Uzun illərdi Messi ilə birlikdə olan və ondan 3 uşağı olan Antonella Rokutso daha öncə verdiyi müsahibədə ailə dəyərlərinə çox böyük önəm verdiyini bildirmişdi. O, gündəlik işlərdən danışarkən peşəkar həyat ilə şəxsi həyat arasında balans qurmağa çalışdığını demişdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Yanvar 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















