Messinin karyerasına təsir edən iki şəxs: Adlarını açıqladı
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Argentina millisinin və "İnter Mayami"nin kapitanı Lionel Messi karyerasının inkişafına ən çox təsir edən şəxslər haqda danışıb.
Publika.az xəbər verir ki, o, xüsusilə 2 nəfərin adını - Pep Qvardiola və Ronaldinyonu qeyd edib:
“Düşünürəm ki, müxtəlif səbəblərdən karyerama çox təsir edən iki insan var. Birincsi Qvardioladır. Çünki o, uzun illər mənim məşqçim olub və biz birlikdə heç vaxt arzulamadığımız şeylərə nail olduq.
İkincisi isə Ronaldinyodur. O, məni çox yaxşı qarşıladı və əsas komandadakı karyeramın əvvəlində mənə çox kömək etdi.
Andres İnyesta və Xavini komanda yoldaşları kimi xatırlayıram. Həmçinin indi Mayamidə mənimlə oynayan üç nəfər - Serxi Buskets, Xordi Alba və Luis Suares - onlar da mənim dostlarımdır. Və təbii ki, həqiqətən də darıxdığımız Tito Vilanovanı xatırlamaq istəyirəm”.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















