Icma.az
close
up
RU
Məsud Aşina Bakı Sağlamlıq Mərkəzində FOTO

Məsud Aşina Bakı Sağlamlıq Mərkəzində FOTO

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bugün Danimarkada yaşayan həmyerlimiz, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti Məsud Aşina Bakı Sağlamlıq Mərkəzində həkim-rezidentlər və mütəxəssislər ilə görüşüb.

İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialın tələbələri və Mərkəzimizin həkim-rezidentləri üçün “Meet the expert” adında dairəvi masa keçirilib. Professor Məsud Aşina sahəyə dair əldə olunmuş beynəlxalq təcrübələrini təlim iştirakçıları ilə bölüşüb. Diqqətə çatdırılıb ki, baş ağrıları (sefalgiya) cəmiyyətə əhəmiyyətli dərəcədə sosial-iqtisadi ziyan vuran və dünyada əlilliyə ən çox gətirən on səbəbi sırasındadır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində baş ağrısı tibb ictimaiyyətinin diqqətini çəkən ciddi problem kimi qəbul edilir.

Professor vurğuladı ki, Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, sefalgiyanı 4 növə ayırmaq olar: miqren; gərginlik tipli baş ağrısı; klaster baş ağrısı və dərmanların həddindən artıq istifadəsi nəticəsində əmələ gələn baş ağrısı. Bildirilib ki, miqren dünyada ən çox yayılmış və sosial əhəmiyyətli xəstəliklərdən biridir. Belə ki, dünyada qadınların təxminən 22 faizi, kişilərin isə 10 faizi bu xəstəlikdən əziyyət çəkir.

Çıxışının sonunda professor Məsud Aşina baş ağrılarının düzgün müalicəsini təmin etmək üçün səhiyyə işçilərinin peşəkar hazırlığı, dəqiq diaqnoz, eləcə də sadə həyat tərzinin dəyişdirilməsinin zəruri olduğunu qeyd edib.

Mərkəzimizin İcraçı Direktoru Dos. Dr. Asiman Həsənov ilə görüşdə qonağımız professor Məsud Aşina mərkəzimizlə bağlı xoş təəssüratlarını bölüşmüş və ölkəmizdə bu cür yüksək səviyyəli xidmət göstərən mərkəzin olmasından məmnuniyyətini dilə gətirmişdir. Görüş zamanı Asiman Həsənov son dövrlərdə ölkəmizdə tibb sahəsində əldə edilən uğurlardan, icbari tibbi sığortanın tətbiqi ilə vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən mühüm işlərdən danışıb.

Qeyd edək ki, professor Məsud Aşina uzun illər Azərbaycandan uzaqda yaşasa da, doğma Vətənini heç vaxt unutmayıb, diasporamızla sıx əlaqədə olaraq hər zaman xalqımıza öz dəstəyini göstərib.  Keçdiyimiz illərdə Bakı Sağlamlıq Mərkəzində şiddətli baş ağrılarından əziyyət çəkən müharibə əlilləri professor tərəfindən müayinə olunaraq, müalicə prosesinə cəlb edilmişdirlər. Məsud Aşina eyni zamanda   “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvüdür. 

Baş tutan görüşdən xatirə şəkillərini sizə təqdim edirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Dekabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri