Məsud Əfəndiyev: Gələcəkdə AzMİU alimlərinin adlarını daha çox beynəlxalq elmi platformalarda görəcəyik
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 25 dekabr, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) doktorantlar və gənc tədqiqatçı alimlərlə keçirdiyimiz görüşlər mənim üçün böyük əhəmiyyət daşıyır. Gənc elmi nəslin araşdırma marağını və beynəlxalq elmi mühitə inteqrasiya olunmaq istəyini görmək, mənə AzMİU-da elmi gələcəyin möhkəm təməllər üzərində formalaşdığına dair ciddi ümid verir.
Bu barədə AZƏRTAC-a Humboldt mükafatı laureatı, dünyaşöhrətli alim Azərbaycan Memarlıq və İnşaat Universiteti rektorunun müşaviri professor Məsud Əfəndiyev məlumat verib.
Professor qeyd edib ki, görüşlər zamanı əsas məqsədim gənc alimlərə beynəlxalq elmi arenada özlərini doğrultmaları üçün zəruri elmi istiqamətləri göstərmək, elmi yazı mədəniyyətini, beynəlxalq resenziya proseslərini və elmi etika prinsiplərini daha dərindən izah etmək idi. Bu baxımdan, məqalələrin “Web of Science”, “Scopus” kimi nüfuzlu indeksli jurnallarda dərc edilməsi yalnız akademik uğur deyil, həm də dünyanın elmi xəritəsində Azərbaycanın görünürlüğünün artması üçün vacib addımdır.
“Bugünkü qlobal elmi mühit geniş beynəlxalq əməkdaşlıq, multidissiplinar yanaşma və beynəlxalq tədqiqat proqramlarında fəal iştirak tələb edir. Bu çərçivədə “Alexander von Humboldt” Fondu, DAAD, “Horizon Europe”, ERC və digər qrant platformaları gənc tədqiqatçılar üçün real imkanlar təqdim edir. Mən inanıram ki, gənc alimlərimiz bu imkanlardan faydalanaraq, elmi karyeralarını ən yüksək standartlarla davam etdirəcək, Azərbaycan elmini dünya səviyyəsində layiqincə təmsil edəcəklər. Universitet rəhbərliyinin elm və innovasiya istiqamətinə xüsusi diqqəti, professor-müəllim heyətinin dəstəyi və gənc tədqiqatçıların israrlı iradəsi birlikdə AzMİU-nun beynəlxalq elmi nüfuzunu daha da möhkəmləndirəcək. Mən bu prosesdə iştirak etməkdən böyük məmnuniyyət duyur və əminəm ki, qarşıdakı illərdə AzMİU alimlərinin adlarını daha çox beynəlxalq elmi platformalarda görəcəyik”, - deyə alim bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 26 Dekabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















