Məsud Pezeşkian Azərbaycana təşəkkür edib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana təşəkkür edib.
APA xəbər verir ki, Pezeşkian bu barədə İslam İnqilabının qələbəsinin 47-ci ildönümü ilə bağlı yürüş zamanı xalq qarşısında çıxışında deyib.
O bildirib ki, İran qonşu ölkələrlə səmimi və qardaşlıq əlaqələri qurur:
“Bu, inqilab rəhbərinin göstərişidir. Həmin ölkələr müsəlman dövlətləridir, dost və qardaş ölkələrdir. Biz bu ölkələrlə əlaqələrimizi gücləndirməliyik. Düşmən bizə qarşı plan qurmaq və ya təcavüz etmək istəyəndə həmin qonşu ölkələr bir-birinin ardınca bizə zəng edirdilər, narahatlıqlarını, qayğılarını, mövqelərini ifadə edirdilər”.
Pezeşkian Azərbaycan və Azərbaycan Prezidentinə, eyni zamanda, Türkiyə Prezidenti və xarici işlər nazirinə təşəkkür edib.
“Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı, Misir - bütün bu ölkələrin İranla bağlı qayğıları var idi. Onlar çalışırdılar ki, biz çətinlikləri diplomatiya yolu ilə həll edək. Mən onlara təşəkkür edirəm”, - İran Prezidenti qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 11 Fevral 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















