Məsud Pezeşkian ölkədə internetə məhdudiyyətin aradan qaldırılmasına çağırıb
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran Prezidenti Məsud Pezeşkian 11 günlük kəsintidən sonra internetə giriş məhdudiyyətinin aradan qaldırılmasına çağırıb.
Bu barədə "Swissinfo" EFE-yə istinadən məlumat yayıb.
"Onlayn ticarəti asanlaşdırmaq və kommunikasiya məhdudiyyətini aradan qaldırmaq üçün İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə mümkün qədər tez internetə girişi bərpa etməyi tövsiyə etdim", - deyə M.Pezeşkian bildirib.
Bundan əlavə, o, ötən ilin sonundan ölkəni bürüyən etirazlarda saxlanılan iştirakçıların işlərinə xüsusi diqqət və ədalətlə baxılmasına çağırıb.
"Son hadisələrlə bağlı saxlanılan şəxslərin işlərində maksimum dəqiqlik və ədalət üstünlük təşkil etməlidir", - deyə İran Prezidenti qeyd edib və əlavə edib ki, qətllərdə və zorakı əməllərdə günahkar olan başçılar və təqsirlilər ən kiçik güzəşt olmadan müvafiq məhkəmə orqanları qarşısına çıxmalıdırlar.
Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin sonunda iqtisadi vəziyyətin pisləşməsi, xüsusən də milli valyuta kursunun kəskin düşməsi səbəbindən başlamışdı. Sonradan aksiyalar iğtişaşlara çevrildi. Məlumata görə, polis və nümayişçilər arasında toqquşmalar zamanı 3 mindən 5 min nəfərə qədər insan həlak olub, 10 mindən çox insan həbs edilib. (Report)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Baxış sayı:46
Bu xəbər 19 Yanvar 2026 14:50 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları