Icma.az
close
up
RU
Məsud Pezeşkian türklərin başına “şirə çəkir”

Məsud Pezeşkian türklərin başına “şirə çəkir”

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkianın Xuzistan əyalətinə səfəri zamanı əyalət mərkəzi Əhvazda iş adamları və istehsalçılarla görüşündə Azərbaycan atalar sözü işlətməsi daxildə və xaricdə fəaliyyət göstərən bir sıra farsdilli media orqanlarında və sosial şəbəkədə geniş yayılıb.

İranlı sosial media istifadəçiləri “Oğul şüurlu olsa nə edər ata malını, şüursuz olsa nə edər ata malını” məsəlini müxtəlif formalarda yozub, buna cavablar yazıblar.

Onların bir çoxunun fikrincə, prezidentin bu ifadəsi həm də xuzistanlılara mərkəzdən nəsə ummamaqları barədə mesajdır.

Pezeşkianın türk dilində atalar sözü işlətməsi isə bəzilərinin sevincinə səbəb olub, onları yenidən İranda türk dilinə hansısa statusun veriləcəyinə ümidləndirib. Ancaq İran prezidentinin seçkiqabağı dedikləri ilə seçildikdən sonra keçən müddət ərzindəki fəaliyyətləri bu ümidlərin həyata keçiriləcəyinə inamı azaldır. Ona görə ki, həmin müddət ərzində Məsud Pezşkian fars dili və mədəniyyətinin inkişafı, Fars Dili Akademiyasının büdcəsinin artırılması ilə bağlı irəli sürülən təkliflərlə razılaşıb, bir neçə qərar qəbul edib.

Onun fəaliyyətə başlamasından sonra Tacik Fars Mədəniyyəti Tədqiqat Mərkəzi yaradılıb, Pezeşkianın Tacikistana səfəri zamanı isə həmin mərkzin Düşənbədəki ofisinin açılışı olub.

Bununla yanaşı, fars miliyyətçiliyi və azərbaycanlılara qarşı mənfi münasibəti ilə tanınan Fars Dili Akademiyasının başçısı Həddad Adilin başçılıq etdiyi qurumun genişləndirilməsi təklifinə də müsbət cavab verib.

Bu müddət ərzində fars dili və mədəniyyətinin inkişafı ilə bağlı bir neçə qərar imzalayan və təkliflərin reallaşmasına müsbət cavab verən Məsud Pezeşkianın türk dili ilə bağlı addımı yalnız bir neçə dəfə Azərbaycan atalar sözü işlətməkdən ibarət olub.

İran prezidentinin atalar sözünə istinadları İran rəhbəri Əli Xameneinin də arada-bir türk sözləri işlətməsi, Azərbaycan dilində şeir oxumasını, ancaq bu dilin rəsmi statusu ilə bağlı heç bir addım atılmadığını xatırladır.

Belə çıxır ki, Pezeşkian da türk dilini Azərbaycan atalar sözü səviyyəsindən yuxarı qaldırmaq gücündə və ya marağında deyil.

O, millət vəkilliyi dövründə qeyri-fars dillərdə təhsil və media nəşrini nəzərdə tutan konstitusiyanın 15-ci maddəsini bir neçə dəfə xatırlatsa da, Prezident seçildikdən sonra bu barədə ciddi çıxış etməyib, tələb irəli sürməyib. Xüsusən Pezeşkianın yeni təhsil ilinin başlanması ilə bağlı çıxışı zamanı qeyri-fars dillərlə bağlı heç nə deməməsi ona səs verən qeyri-farsların qınağı ilə üzləşib.

Bu, həm də ona görə baş verir ki, Məsud Pezeşkianın ixtiyarı öz əlində deyil və o, uzun illərdir hakim olan, gizli fars millətçiliyi əsasında qurulan sistemin üzdə olan icraçılarından biridir.

İran prezidentinin dəfələrlə ərəb və kürd dillərində də danışıb, çıxış etdiyini nəzərə alsaq, onun Azərbaycan atalar sözlərinə müraciət etməsinin türk dilinin statusu ilə bağlı olmadığı, bunun müxtəlif xalqların nümayəndələrinin başına “şirə çəkmək” niyyəti daşıdığını da demək olar.

Ancaq görünən odur ki, azərbaycanlılar, xüsusən İrandakı hakim sistemın qorunub saxlanılması üçün seçkilərə buraxılan Məsud Pezeşkiana səs verənlər başlarının şirələnməsinə, aldadılmağa daha meyillidirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Yanvar 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri