Məşuqələrinizi dövlətin yox, öz pulunuzla dolandırın Lukaşenkodan məmurlara
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Belarus prezidenti Aleksandr Lukaşenko məmurları dövlət hesabına deyil, öz pulları ilə məşuqələrinə dəstək olmağa çağırıb.
"Unikal" xəbər verir ki, o bu barədə bədən tərbiyəsi və idman təşkilatlarına dəstəyin göstərilməsi məsələsinə həsr olunmuş iclasda bildirib.
Lukaşenko idman klublarına və federasiyalara ayrılan dövlət pullarına necə nəzarət edildiyini oradakı məmurlardan öyrənmək istəyib. O, onlara xəbərdarlıq edib ki, bu gün bu vəsaitlərin əslində hara getdiyini izləməkdə problem yoxdur.
"Və görəcəyik. Amma kişi kimi demək istəyirəm ki, siz zəhmət olmasa ailənizi, yaxınlarınızı, sevgilinizi və başqalarını öz pulunuzla dolandırın. Harda istəyirsən pul qazan və onlara dəstək ol. Bu, əsl insanlıq və kişilik olacaq”, - deyə Belarus lideri əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 04 Aprel 2025 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















