Məsut Özil bu döyməyə görə braziliyalının vida matçına çağırılmayıb FOTO
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Almaniya yığmasının türk əsilli keçmiş yarımmüdafiəçisi Məsut Özil sinəsindəki döymə səbəbindən vaxtilə "Verder"də komanda yoldaşı olmuş Dieqonun vida oyununa çağırılmayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.
Məsələ burasındadır ki, döymədəki simvollar ifrat sağçı dəyərlərlə əlaqələndirilir.
Özil 2008-2010-cu illərdə Bremen klubunda çıxış edib. Bu müddət ərzində o, sonradan "Atletiko Madrid"dəki çıxışı ilə daha çox tanınan Dieqo ilə komanda yoldaşı olub.
Mənbənin məlumatına görə, "Verder" Özili sinəsinə həkk etdirdiyi boz canavar və üç aypara döyməsinə görə 40 yaşlı braziliyalının vida matçına çağırmayıb.
Klub bu simvolları antisemitizm, ifrat sağçı ekstremizm və ultra-millətçiliyin təbliğinə xidmət etdiyini düşünüb:
"Biz Dieqo ilə razılaşdıq ki, Məsutun son hərəkətləri klubun dəyərlərinə uyğun gəlmir".
Məsut Özil "Verder Bremen"də 108 oyun keçirib, 16 qol vurub və 54 məhsuldar ötürmə edib. 36 yaşlı alman 2008/09 mövsümündə "musiqiçilər"lə Almaniya kubokunu qazanıb.
Xatırladaq ki, Məsut Özil bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasına (AKP) qoşularaq siyasət dünyasına daxil olub.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 19 Mart 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















