Meta Azərbaycana qarşı təxribat aparan iki Facebook səhifəsini bağladı
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bəlli dairələr tərəfindən yaradılan "Echo of Baku" və "Azeri Horizon" adlı "Facebook" hesablarının sistemli şəkildə təxribat xarakterli, manipulyativ və ictimai rəyi çaşdırmağa yönəlmiş paylaşımlar etməsi ilə bağlı Elektron Təhlükəsizlik Xidməti tərəfindən müvafiq sorğu hazırlanaraq "Meta" şirkətinə təqdim olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, "Meta" tərəfindən aparılmış qiymətləndirmə nəticəsində sözügedən səhifələrin bağlanması barədə qərar qəbul edilib:
"Bu qərar "Meta" şirkətinin daxili prosedurlarına, həmçinin icma standartlarına, xüsusilə də "nifrət nitqi", "yalan məlumatın yayılması" və "məxfilik pozuntuları" ilə bağlı siyasətlərinə uyğun olaraq verilib".
Aləmdə Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 İyul 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















