Meta ilk dəfə ödənişli süni intellekt modelini təqdim etdi
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
"Meta" yeni nəsil süni intellekt modeli Muse Spark 1.1-i təqdim edib.
Banco.az xəbər verir ki, şirkət ilk dəfə olaraq bu modelə çıxış üçün biznes müştərilərindən ödəniş alacaq.
Yeni model "Meta" üçün əlavə gəlir mənbəyi yaratmaqla yanaşı, şirkətin süni intellekt bazarında rəqabət qabiliyyətini artırmağı hədəfləyir.
Meta-nın baş direktoru Mark Zukerberq bildirib ki, Muse Spark 1.1-ə çıxış üçün təqdim ediləcək tətbiq proqramlaşdırma interfeysi (API) şirkətin ilk ciddi kommersiya API-si olacaq.
Onun sözlərinə görə, model açıq mənbəli olmadığı üçün istifadəçilər API vasitəsilə ona ödənişli əsasda çıxış əldə edəcəklər. Zukerberq qiymətlərin rəqiblərlə müqayisədə daha sərfəli olacağını vurğulayıb.
Şirkətin açıqlamasına görə, Muse Spark 1.1-in əsas üstünlüklərindən biri agent əsaslı süni intellekt imkanlarıdır. Bu texnologiya istifadəçi adından çoxmərhələli tapşırıqları yerinə yetirə, müxtəlif alətlərdən istifadə edə və mürəkkəb prosesləri idarə edə bilir.
Meta rəhbəri hesab edir ki, bu, şirkətin süni intellekt sahəsində indiyədək əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir və model Meta-nın rəqabət mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 İyul 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















