Meta işçilərin yerini süni intellektlə əvəzləməyə başlayır
Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Süni intellektin iş dünyasında dəyişiklik yaradacağı uzun zamandır müzakirə olunur.
News24.az xəbər verir ki, artıq bəzi sahələrdə işçilərin yerini AI texnologiyası almağa başlayıb. Son məlumatlara görə, Meta da bu prosesə qoşularaq müəyyən vəzifələrdə insan əməyi yerinə süni intellektdən istifadə etməyə qərar verib.
NPR-nin əldə etdiyi daxili sənədlərə əsasən, Meta rəhbəri Mark Zukerberqin rəhbərliyi altında risk dəyərləndirmə kimi mühüm bölmələrdə süni intellektə üstünlük veriləcək. Beləliklə, məhsulların potensial zərərlərinin qiymətləndirilməsi daha sürətli həyata keçiriləcək.
Şirkətin məqsədi risk analizlərinin 90 faizini AI texnologiyasına həvalə etməkdir. Bu, zorakılıq tərkibli kontent, dezinformasiya və digər təhlükəli materialların aşkarlanması kimi sahələri də əhatə edəcək.
Aqil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 03 İyun 2025 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















