“Meta” və “Microsoft” Sİ yə investisiya etmək üçün minlərlə iş yerini ixtisar edir
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Meta” şirkəti 8000-dən bir qədər az işçisini (təxminən 10%) işdən çıxarmaq planlarını açıqlayıb.
Yeniavaz.com “BBC News”a istinadən xəbər verir ki, bu qərar şirkətin süni intellekt texnologiyaları da daxil olmaqla, biznesinin digər sahələrinə investisiya qoymaq istəyindən irəli gəlir.
“Meta” işçilərinə ünvanladığı məktubda İnsan Resursları Direktoru Canell Geyl süni intellektdən birbaşa bəhs etməsə də, qeyd edib ki, işdən çıxarmalar şirkətə “etdiyimiz digər investisiyaları kompensasiya etməyə” imkan verəcək.
2026-cı ildə “Meta” süni intellekt inkişafına 135 milyard dollar xərcləməyi planlaşdırır - bu, əvvəlki üç ilin ümumi məbləği qədərdir. İlin əvvəlindən bəri “Meta” artıq iki kiçik işdən çıxarma dalğası həyata keçirib və 2000 işçisini işdən çıxarıb.
Eyni zamanda, “Microsoft” uzun müddət xidmət edən işçilərinə kompensasiya müqabilində könüllü istefalar təklif edəcəyini açıqlayıb. “Financial Times” qəzetinin məlumatına görə, bu, ümumi yaşı və iş stajı 70 ildən çox olan təxminən 8000 işçiyə (şirkətin ümumi işçi qüvvəsinin təxminən 7%-i) aiddir. Şirkət bu qərarın səbəblərini rəsmi olaraq açıqlamayıb. Lakin “The Guardian” qeyd edir ki, “Microsoft” süni intellekt inkişafına təxminən 100 milyard dollar xərcləməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:Meta və Microsoft süni intellektə (Sİ) sərmayə qoymaq üçün minlərlə işçini ixtisar edəcəklərini elan ediblər
25 Aprel 2026 11:12
“Meta”, “Microsoft”a milyonlar ödəyir
20 Avqust 2026 18:07
“Microsoft” və “Meta” gəlirləri gözləntiləri üstələdi
01 May 2025 13:27
Microsoft və Meta bərpa olunan enerji investisiyalarını sürətləndirir
16 Oktyabr 2025 21:22
Aprel iyun aylarında Microsoft və Meta nın gəlirləri artıb
31 İyul 2025 12:34
Baxış sayı:138
Bu xəbər 24 Aprel 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















