Metan emissiyalarının təxminən 20 %i tullantı sektorunun payına düşür Muxtar Babayev
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Metan emissiyalarının təxminən 20 %-i tullantı sektorunun payına düşür".
Teleqraf.com xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan qazının azaldılması" mövzusundakı tədbirdə çıxışı zamanı deyib: "Metan güclü istixana qazıdır və tullantı sektoru metanın ən sürətlə böyüyən mənbəyidir: "Bu problem poliqonlarda, açıq hovuzlarda və çirkab sularda üzvi tullantılar parçalandıqda yaranır. UNEP-in Qlobal Metan Qiymətləndirilməsinə əsasən, istiləşmənin 1,5°C həddində məhdudlaşdırılması ssenarilərinə uyğun olmaq üçün dünya tullantı sektorundan metan emissiyalarını 2030-cu ilə qədər 30-35 %, 2050-ci ilə qədər isə təxminən 55 % azaltmalıdır. Bu azalmalar təkcə iqlim üçün deyil, həm də əhəmiyyətli sosial və iqtisadi faydalar təmin etmək üçün lazımdır. Bu gün biz üzvi tullantılardan metanın azaldılmasına dair COP29 Bəyannaməsini qəbul edirik. Bu bəyannamə artan hədəfləri təşviq etmək və daha çox hökuməti Qlobal Metan Öhdəliyinə qoşulmağa ruhlandırmaq məqsədi daşıyır".
Baxış sayı:65
Bu xəbər 19 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















