Icma.az
close
up
RU
Mətanət həmin hadisəni danışıb ağladı

Mətanət həmin hadisəni danışıb ağladı

Icma.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.

Mətanət həmin hadisəni danışıb ağladı

“3 yaşım olanda Sumqayıt şəhərində yerləşən 38 saylı “Şəfəq” baxçasına gedirdim. 4 yaşım olanda gəlib dedilər ki, Bakıdan, Azərbaycan Televiziyasından (AzTV) gəlib Sumqayıtı gəzib diribaş qız axtarırlar. Əgər belə bir istedadlı qız tapsalar o AzTV-nin diktoru Hicran Hüseynovla Sumqayıta aid veriliş aparacaq. Onlara məhz 4-5 yaşlı uşaq lazım idi. Mənə gəlib dedilər ki, Sumqayıtda bütün baxçalar içərisində yoxlayıblar və bu kriteriyalara uyğun səni seçiblər. Mən çox sevinirdim”.

OLAY yazır ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva “YouTube”da yayımlanan “Özümüz olaq” layihəsinə müsahibəsində deyib.

Uşaqlıq xatirələrini dilə gətirən Mətanət göz yaşı axıdıb:

“Dedilər ki, qara ətək, ağ köynək və boğazına qara bant taxmalısan. O zamanlar bu geyimi almaq çox çətin idi. Həmin anlar yadıma düşdü (ağlayır). Anam gecə ilə evdən bir parça tapdı. Ölçülərimi götürdü. Bizdə paltartikən maşın yox idi. Çox ideal şəkildə əl ilə tikə bilirdi. Kənardan baxsaydın görərdin ki, bunu maşın tikib. Təsəvvür edin ki, o qat-qat ətək tikmişdi. Səhər durub gördüm ki, ətəyim və bantım hazırdır. Köynəyim isə var idi. Qısa, qara, ipək kimi saçlarım var idi. Sevincdən uçurdum. İmkan yox idi elə bir geyimi almağa. Anam xəstə idi, atam tək işləyirdi. Sizə sovet dövründən, 1975 -ci illərdən, çətin vaxtlardan danışıram. Anamla bağçaya gəldim. Gördüm ki, AzTV-nin böyük kameraları quraşdırılıb. Mən oxuya bilmirdim. Hicran Hüseynov danışırdı mən isə özümdən iprovizələr edirdim. O qədər gözəl çıxış etdim sanki illərin aparıcısıyam. O gündən özümə məqsəd qoydum. Tamaşalar göstərirdim. Mən 3 yaşımdan fortepianoda 3 mahnı ifa etməyi öyrənmişdim – “Tarla qızları”, “Sobaçiy vals” və “Cücələrim””.

Əliverdiyeva bildirib ki, o ailədə azad şəkildə böyüyüb:

“Atamın dostları bizə qonaq gəlirdi. Onlara mahnılar oxuyurdum, tamaşalar göstərirdim. Onlar mənə deyirdilər ki, bu “artistka” olacaq. Atam da deyirdi ki, nə istəyirsə olsun. Mən azad ailədə böyümüşəm. Azadlığı mənə çox verirdilər. Mən heç zaman nə qış nə də ki yay tətilini evdə keçirmirdim. Bütün MDB ölkələrini gəzirdim. Mənim çox gözəl dünya görüşüm var. Atamla dünyanı gəzmişəm. Biz mağazaları deyil, muzeyləri gəzirdik. Uşaqlıqdan hər şeydən anlayışım var. Mənim bünövrəm çox gözəl şəkildə qurulub”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://olay.az
archiveBu xəbər 10 Mart 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see360

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see324

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see266

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see255

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see254

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see247

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see238

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see233

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see229

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see228

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see228

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see226

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see223

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see220

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see219

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see206

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see203

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see202

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see184

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri