Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mətbuat Şurası hesabat verdi

Mətbuat Şurası hesabat verdi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Milli jurnalistikamızın demokratik ənənələri davam etdirilir

Dünən səhər Dövlət Mahnı Teatrının qarşısında xeyli jurnalist var idi. Qələm əhli bir-biri ilə mehriban görüşür, hal-əhval tuturdu. Onlar bura təsadüfən yığışmamışdılar. Bir neçə dəqiqədən sonra bu tarixi binada Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcəkdi.

Vaxt çatanda əvvəlcə prosedura uyğun olaraq qeydiyyatla bağlı texniki məsələlər həll olundu. Məlum oldu ki, qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib. Onlardan 201 nəfəri qurultayda iştirak edir. Diqqətimi çəkən məqamlardan biri də qurultay iştirakçıları arasında orta və gənc nəslin nümayəndələrinin daha çox nəzərə çarpması idi.

Yeri gəlmişkən, qurultaydan öncə Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketləri əsasında Şuranın İdarə Heyətinin üzvlüyünə namizədlər müəyyənləşdirilmişdi. İdarə Heyətinin üzvlərindən Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Alqış Musayev, Akif Aşırlı və Yadigar Məmmədli adlarının seçki bülleteninə daxil edilməməsini xahiş etmişdilər. Qurultay nümayəndələrinin çoxu bu təşəbbüsü müsbət qarşılayırdı. Ümumi rəy belə idi ki, Mətbuat Şurasının yeni tərkibinin gənc jurnalistlərin iştirakı ilə formalaşdırılması qarşıdakı illərdə onun daha da səmərəli fəaliyyət göstərməsi üçün şərait yaradacaq.

Azərbaycan jurnalistlərinin IX qurultayı dövlət himnimizin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı.

Sonra qurultay nümayəndəsi Seyfəddin Hüseynli jurnalistlərin IX qurultayı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətini səsləndirdi.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid qurultayda geniş hesabat məruzəsi ilə çıxış etdi. O, bildirdi ki, Azərbaycan jurnalistlərinin VIII qurultayından keçən 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük qismi – 691-i həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 124 şikayət üzrə razılığa gəlinmədiyindən, toplanan materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.

Natiq sonra qeyd etdi ki, Şikayətlər üzrə Komissiyada baxılan 124 məsələdən 86-sı komissiya səviyyəsində həll olunub. 38 məsələ barədə çıxarılan rəylər müvafiq qərarların qəbul edilməsi üçün İdarə Heyətinə təqdim edilib. Beləliklə, İdarə Heyəti qurultaylararası dövrdə, ümumilikdə, 38 qərar çıxarıb. Həmin qərarlarda, əsasən, bir sıra jurnalistlərin qarşı tərəfin mövqeyinin işıqlandırılmasına etinasız yanaşdıqları vurğulanıb, müvafiq tövsiyələr ünvanlanıb.

Rəşad Məcid daha sonra qeyd etdi ki, şuraya şifahi müraciətlər də daxil olub. Onların sayı rəsmi qaydada göndərilən şikayətlərin sayından təxminən 2 dəfə çoxdur. Bununla belə, şifahi qaydada, tərəflərlə danışıqlar yolu ilə həll etdiyimiz məsələlər kifayət qədərdir.

Mətbuat Şurasının sədri dərin razılıq hissi ilə bildirdi ki, Azərbaycan jurnalistləri Prezident İlham Əliyevin milli mətbuatımızın inkişafına göstərdiyi diqqət və qayğını, hərtərəfli dəstəyini daim hiss ediblər: “Bu dəstəyin ən bariz nümunəsi möhtərəm Prezidentin 2025-ci il 25 aprel tarixli Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi barədə sərəncamıdır. Bu mühüm sənədə əsasən, ölkəmizdə çoxsaylı mədəni-kütləvi və elmi tədbirlər keçirilib. Yubiley ərəfəsində geniş ictimaiyyətə “Mətbuatnamə: 150 ilin xronikası” kitabı təqdim edilib. “Əkinçidən 50 il sonra” sənədli-publisistik kitabı da nəfis şəkildə nəşr olunaraq media ictimaiyyəti arasında yayılıb”.

Rəşad Məcid çıxışının sonunda Mətbuat Şurasının yeni tərkibinin dövlətimizin və xalqımızın mətbuatdan gözləntilərinə uyğun fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirdi və uğurlar arzuladı.

Daha sonra Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu quruma daxil olan şikayətlər və həll edilən məsələlərlə bağlı hesabat təqdim etdi. O, bütün mühasibatlıq və təsərrüfat işlərinin mövcud qaydalara uyğun, səhvsiz aparıldığını bildirdi.

Hər iki məruzə ətrafında geniş müzakirələr oldu. Çıxış edənlər hesabat dövründə Mətbuat Şurasının fəaliyyətindən razı qaldıqlarını bildirərək yeni seçiləcək üzvlərə uğurlar arzuladılar. Sonra qurultay çərçivəsində keçirilən səsvermənin nəticələri elan olundu. Say komissiyasının sədri Tahir Aydınoğlu bildirdi ki, Mətbuat Şurasına 14 jurnalistdən və 9 ictimaiyyət nümayəndəsindən ibarət 23 nəfərlik İdarə Heyətinin tərkibi əsaslı surətdə yenilənib.

Hacıbəy Heydərli (“Azxeber.com”), Orxan Amaşov (AnewZ), Səadət Məmmədova (ATV), Nurşən Quliyev (APA), Vüqar Rəhimzadə (“İki sahil” qəzeti), Elşad Eyvazlı (Modern Media Qrupu), Seyfəddin Hüseynli (“525-ci qəzet”), Qalib İbrahimoğlu (“Bakivaxti.az”), Fərid Şahbazlı (“Editor.az”), Elçin Alıoğlu (“Trend” İA), Anar Tahirov (“Bizim.media”), Vəfa Həmzəyeva (Real TV), Elmira Musayeva (CBC), Hümbət Musayev (“Xalq qəzeti” baş redaktorunun birinci müavini) İdarə Heyətində media qurumlarını təmsil edəcəklər.

Vüqar Zifəroğlu (BDU jurnalistika fakültəsi), Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqı), Əminə Yusifqızı (veteran jurnalist), Bəhruz Məmmədzadə, Ayaz Mirzəyev (Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyi), Fərid Pərdəşünas (Technote Media Şirkəti), Könül Niftəliyeva (BDU jurnalistika fakültəsi), Azər Həsrət (Bayraqdar Media), Yeganə Hacıyeva (Gənc Demokratlar İnstitutu) isə İdarə Heyətində ictimaiyyəti təmsil edəcəklər.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Zifəroğlu açıq səsvermə yolu ilə Mətbuat Şurasının yeni sədri seçildi.

Mətbuat Şurasının yeni sədri tribunaya qalxaraq dedi ki, bundan sonra da milli mətbuatımızın inkişafı istiqamətində yeni layihələr həyata keçiriləcək. O, Mətbuat Şurası yeni İdarə Heyətinin dövrün yeni çağırışlarına ən yüksək səviyyədə cavab verəcəyinə əmin olduğunu bildirdi: “Azərbaycan Mətbuat Şurası həmişə olduğu kimi, fəaliyyətini jurnalistikanın inkişafı istiqamətində davam etdirəcək və müxtəlif maraqlı layihələr həyata keçiriləcək”. Mətbuat Şurasına daxil olan bütün şikayətlər bundan sonra da diqqətlə araşdırılacaq və onların həlli istiqamətində müvafiq tədbirlər görüləcək. Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması və Mətbuat Şurasının fəaliyyəti üçün münbit şəraitin yaradılması nəticəsində gələcəkdə şikayətlərin daha da azalacağını, hətta tamamilə aradan qalxacağını gözləyirik”.

Qurultaydan sonra BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, ölkə jurnalistlərinin bir neçə nəslinin sevimli müəllimi, professor Cahangir Məmmədlidən qurultay barədə şəxsi təəssüratlarını bildirməsini xahiş etdik:

– IX qurultay, həqiqətən də, çox dinamik, işgüzar və müsbət əhvali-ruhiyyə şəraitində keçdi. Bu məqam məni çox sevindirdi. Amma qarşıda böyük vəzifələr durur. Məlumdur ki, hazırkı dövrdə bütün dünyada müasir texnologiyalar medianın imkanlarını xeyli genişləndirib. Ümid edirəm ki, Azərbaycan jurnalistləri bundan sonra da yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirəcəklər. Bunu milli maraqlarımız tələb edir. Mətbuat Şurasının yeni tərkibinə seçilən jurnalistlərə isə uğurlar arzulayıram. Mən onların çoxunu şəxsən tanıyıram və hər birinə inanıram.

Cahangir müəllimlə sağollaşıb ayrıldıq. Rəşid Behbudovun heykəli önündə jurnalistlər mətbuatımızın gələcəyi barədə fikirlərini bölüşməkdə davam edirdilər. Onların qurultaydan məmnun qaldıqları hiss olunurdu.

Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see431

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see399

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see382

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see341

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see277

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see201

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see201

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see191

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see188

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see186

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see183

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see179

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see170

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see167

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri