Icma.az
close
up
RU
Mətbuat Şurası “Kanal S”də baş verənləri pislədi KONKRET

Mətbuat Şurası “Kanal S”də baş verənləri pislədi KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Mətbuat Şurası “Kanal S”də baş verənləri pisləyib.

Şuradan KONKRET.az-a bildirilib ki, sön dövrlər Azərbaycanın televiziya məkanında efir mədəniyyətinə riayət edilməməsi, ayrı-ayrı teleaparıcıların, veriliş iştirakçılarının etik qaydaları və ümumi normaları pozması halları artıb.

Qeyd edilib ki, “Kanal S” telekanalının yayımında yaşananlar da bu baxımdan diqqət çəkməkdədir: “Telekanalda veriliş aparıcısı olan hər bir şəxs jurnalist statusundadır. Jurnalist isə iddialı danışıq tərzindən uzaq durmalı, səsinin tonunu yüksəltməməli, mimika və jestikulyasiyalarına diqqət yetirməli, konkretliyi qorumalı, qıcıqlandırıcı ifadələr işlətməməli, aşırı şəxsi mövqe və fikir nümayişindən çəkinməli, müsahiblərinə, çağrılmış qonaqlara hörmət və nəzakətlə yanaşmalı, onlara münasibətdə qınayıcı, linçedici mövqe tutmamalıdır”.

“Aparıcı-jurnalist nəzərə almalıdır ki, istənilən mövzudakı müzakirəni adi məişət səviyyəsinə endirmək, bayağılaşdırmaq eybəcər mənzərə və efir kirliliyi doğurur. Bu isə media peşəkarlığına tamamilə ziddir. Təəssüf ki, “Kanal S”in aparıcısı Nigar Fərhadın təqdimatında vurğuladığımız cəhətlər qətiyyən nəzərə alınmadı. O, özünün yolverilməz tərzi, ümumi dəyərlərə zidd davranış ilə geniş ictimaiyyətin narazılığına, hətta qəzəb və hiddətinə səbəb oldu.

Bütün bunları nəzərə alan Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası “Kanal S” telekanalının efirində yaşananlardan həm təəssüfləndiyini bildirir, həm də baş verənləri qətiyyətlə pisləyir. Komissiya bu qənaətdədir ki, sözügedən telekanalın rəhbərliyi belə xoşagəlməzliklərin qarşısını almalı, yolverilməz təqdimatların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir”- Şuradan bildirilib..

Həmiçinin vurğulanıb ki, Komissiya, ümumən Azərbaycan teleməkanına məsul şəxsləri ictimai maraq və mənafelərin müdafiəsinin vacibliyi prinsipini rəhbər tutaraq, aparıcı seçimi, ekran etikası və efir məsuliyyəti məsələlərinə həssas yanaşmağa, sensasiya xatirinə əxlaq və davranış qaydalarının heçə sayılması təmayüllərinə, mənəvi dəyərlərdən uzaq hərəkətlərin adiləşməsinə, habelə cəmiyyətin axarına və dinc yaşam nornalarına qarşı təhdid mahiyyəti daşıyan hallara biganə qalmamağa çağırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Aprel 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri