Meteohəssas insanların NƏZƏRİNƏ: Güclü geomaqnit qasırğası proqnozlaşdırılır
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Günəşin cənub yarımkürəsində yerləşən böyük tac dəliyi mayın 18-də kosmik havaya və Yerin maqnit sahəsinə təsir göstərməyə davam edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Astronomiya laboratoriyasının və Günəş-Yer Fizikası İnstitutunun alimləri məlumat veriblər.
Alimlər bildiriblər ki, Yer mayın 17-də dəliyin təsir zonasına daxil olmağa başlayıb. Hazırda planetimiz kifayət qədər ifrat xüsusiyyətlərə malik dəlikdən axan plazmaya tam qərq olub.
Mütəxəssislərin fikrincə, planetin yaxınlığında günəş küləyinin sürəti 700-800 km/s-ə çatır, ətrafdakı qazın temperaturu isə beş dəfədən çox artıb, yarım milyon dərəcə və daha yüksək təşkil edir.
Alimlər belə şəraitdə maqnit qasırğalarının baş vermə ehtimalının yüksək olduğu barədə xəbərdarlıq ediblər.
Baxış sayı:68
Bu xəbər 18 May 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















